Texniki diaqnostikanın əhəmiyyəti


Texniki diaqnostikanın məqsədi



Yüklə 84,35 Kb.
səhifə2/32
tarix19.04.2022
ölçüsü84,35 Kb.
#55802
1   2   3   4   5   6   7   8   9   ...   32
Komputer diaqnostikasi (1) (1)

Texniki diaqnostikanın məqsədi

Texniki diaqnostikada diaqnostik informasiyanın alınması və qiymətləndirilməsi üsulları, diaqnostik modellərin qurulması və qərarların qəbulu alqoritmləri öyrənilir. Texniki diaqnostikanın vəzifəsi texniki sistemin obyektin etibarlılığının və işləmə ehtiyatının (müddətinin) artırılmasıdır. Obyektin etibarlılığının vacib göstəricisi onun fəaliyyəti zamanı dayanmaların (imtinaların) olmamasıdır. Belə ki, təyyarənin mühərrikinin uçuş zamanı imtinası, atom enerjisi qurğularında müəyyən hissənin işdən çıxması, texniki idarəetmə sistemlərində müəyyən elementin imtinası ağır fəlakətlərə səbəb olur. Mümkün olacaq qüsurların və nasazlıqların əvvəlcədən texniki diaqnostika əsasında müəyyən olunması texniki xidmət prosesində belə imtinaların qarşısını almağa imkan verir. Bu zaman istismarın etibarlığı və effektivliyi yüksəlir və məsuliyyətli texniki sistemlər vəzifələrini yerinə yetirə bilirlər.

Təcrübədə belə obyektlərin işləmə ehtiyatı daha “zəif” məmulatın nümunəsinə görə təyin olunur. Vəziyyəti nəzərə almaqla istismar zamanı isə hər bir nümunə texniki diaqnostikanın məsləhətlərinə uyğun olaraq son istismar həddinə qədər işlədilir. Beləliklə, texniki vəziyyəti nəzərə almaqla istismar zamanı böyük qazanc alınır (obyektin ekvivalent dəyərinin 30% - i miqdarında)



  1. Yüklə 84,35 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin