Texniki diaqnostikanın əhəmiyyəti


İmtinaların növləri və səbəbləri



Yüklə 84,35 Kb.
səhifə6/32
tarix19.04.2022
ölçüsü84,35 Kb.
#55802
1   2   3   4   5   6   7   8   9   ...   32
Komputer diaqnostikasi (1) (1)

İmtinaların növləri və səbəbləri

Texniki ədəbiyyatda imtina dedikdə sistemin tələb olunan funksiyaları yerinə yetirə bilməməsi qabiliyyəti nəzərdə tutulur. Bu zaman aşağıdakı imtinalar nəzərdə tutulur.

- Katostrafik (qəflətən) imtinalar zamanı sistem öz funksiyalarını tamamilə yerinə yetirə bilmir;

- tədrici imtinalar zamanı avadanlığın məhsuldarlığı tədricən aşağı düşür.

Sistemin və ya onun elementinin hər bir ayrıca imtinası sistemin vəzifəsindən asılıdır. Sistemin və ya onun elementlərinin imtinasına səbəb olan hadisələr təsadüfi xarakter daşıyır və odur ki, imtinaların xəbərdarlığı mürəkkəb məsələdir.

Fiziki təbiətlərinə görə sıçrayışlı (periodik) imtinalar zamanı qısa müddət ərzində sistemin müəyyən funksiyaları yerinə yetirilmir, ancaq imtinadan sonra element dərhal öz normal vəziyyətinə qayıdır. Daimi imtinalar zamanı isə sistemin müəyyən funksiyaları yerinə yetirilə bilmir və imtina etmiş elementlər əvəz olunduqdan sonra sistem normal vəziyyətə qayıdır. Daimi imtinalar öz növbəsində sistemin iş qabiliyyətinin tamamilə itirilməsinə gətirən tam imtinalara və sistemin müəyyən funksiyalarının itirilməsinə gətirən qismən imtinalara bölünür.

Baş vermə tezliyinə görə ani və tədrici imtinaları göstərmək olar.

Baxılan imtinaları iki sinifə ayırmaq olar.



  1. Qəza imtinaları, eyni zamanda ani və tam olurlar.

  2. İstismar imtinaları, eyni zamanda qismən və tədrici olurlar.

İmtinaların səbəbləri olduqca çoxlu faktorlardan ibarət olduğundan onların tam siyahısını tərtib etmək olmur.


  1. Vəziyyətə nəzarətin avtomatik sistemləri

Texniki diaqnostika prosesində istənilən mürəkkəb obyekt çox və ya az dərəcədə mürəkkəb olan funsional elementlərə ayrılır. Bu zaman daha mürəkkəb funksional elementlər öz növbəsində daha sadələrə parçalanır və s. belə parçalanmanın sonu elə funksional elementlərlə qurtarır ki, onlardakı imtinaların yeri dəqiq təyin oluna bilir.

Adətən, funsional elementlər, o cümlədən mürəkkəbləri, adından göründüyü kimi sərbəst qurğular olub xüsusi məsələlərin həlli funksiyasını daşıyır. Bir qayda olaraq giriş siqnallarının təsiri nəticəsində bu elementlərin çıxışında bir neçə çıxış siqnalı yaranır. Bu siqnallar mürəkkəb formalı, elektrik, maqnit, işıq, səs, mənzərə, mexaniki yerdəyişmələr, istilik, kimyəvi proseslərin göstəriciləri və s. ola bilər. Sadəlik üçün ilk funksional elementlərin nəzarət oluna bilən bir çıxış siqnalı olduğunu qəbul edirik. Bu şərti ödəməyən funksional elementlər xüsusi üsullarla həmin şərtin ödənməsi üçün parçalana bilər.

İstənilən funsional eleemntin çıxış siqnalı elementin daxili vəziyyətindən və xarici təsirlərindən asılıdır. Müxtəlif mənşəli funksional elementlər çoxluğunu aşağıdakı əsas qruplara ayırmaq olar:



  1. Giriş və çıxışları aşağıdakı funksional şəklində əlaqəli olan funksional elementlər.

(1)

- çıxış siqnalının parametri;

– n sayda girişdəki siqnalların parametrləri;

– funksional elementin daxili vəziyyətini xarakterizə edən parametrlər.

  1. Giriş və çıxış arasında əlaqə aşağıdakı tip funksionalla ifadə olunan funksional elementlər.

(2)

Burada əlavə olaraq t işləmə müddətini göstərir.



  1. Giriş siqnalları olmadığından çıxışı ancaq daxili vəziyyətdən asılı olan funksional elementlər

Əgər 1-ci və 2-ci qrup funsional elementlərin girişlərinin sabit olub nominal qiymətlərə uyğun olduğunu qəbul etsək, funksional elementin çıxışı onun daxili vəziyyətini xarakterizə edəcək. Funksional element saz və imtina etmiş ola bilər. İdeal şəraitdə saz vəziyyətdə olan funksional elementin çıxış parametrinin nominal qiymətdən kiçik meyletmələrində funksional element öz iş qabiliyyətini saxlayır. Ancaq çıxış parametri müəyyən edilmiş qiymətlər oblastından kənara çıxdıqda element imtina etmiş sayılır. Beləliklə, real şəraitdə funksional elementin çıxış parametri buraxıla bilən oblastda olduqda element saz, oblast xaricndə olduqda imtina etmiş sayılır. Bu mülahizələr eyniylə 3-cü qrup elementlər üçün də eynidir. Belə ki, giriş siqnallarının olmaması halında həmin siqnalların nominal qiymətlərinin sıfır olduğunu qəbul etmək olar.

Analoji olaraq işləmə qabiliyyətinin nəzarəti məsələsinin həlli zamanı obyektə tam, yəni ən böyük funsional element kimi baxmaq olar. Ancaq belə bir analogiya ilə birlikdə müəyyən spesifik tələbat labüddür. Bu istənilən funksional elementin verilmiş parametrlər çoxluğunun mütləq tam olması tələbatıdır. Bu o deməkdir ki, hər hansı bir daxili parametrin buraxıla bilən qiymətdən uzaqlaşması elementlər birliyinin hər hansı birinin çıxış parametrinin buraxıla bilən oblastdan uzaqlaşmasına səbəb olur. Əlbəttə ele hallar olur ki, obyektin işləmə qabiliyyətinin tam qiymətləndirilməsi üçün parametrlər az və ya lazımi miqdardan artıq olur. Bu onunla əlaqədardır ki, konstruktiv, iqtisadi və ya istismar nöqteyi-nəzərindən sistemin işləmə qabiliyyətinə nəzarət üçün qarşılıqlı əlaqədar olan çıxış parametrləri birliyindən istifadə olunur.

İzahatları sadələşdirməl üçün hər bir real funksional elementin çıxışında bir parametrə nəzarətin kifayət olduğunu qəbul edirik. Əgər hər hansı elementin işləmə qabiliyyətinə nəzarət üçün bir neçə parametrin ölçülməsi tələb olunursa, bu parametrlər ümumiləşmiş bir parametrlə əvəz olunur. Əgər işləmə qabiliyyətinin qiymətləndirilməsi üçün mütləq bir neçə çıxış parametrinin nəzarəti nəzərdə tutulursa və bu parametrlər bir–biri ilə qarşılıqlı əlaqədə deyilsə, həmin elementi bir çıxışlı elementlərə parçalamaq olar. Beləliklə, gələcəkdə “çıxışın nəzarəti” dedikdə “uyğun parametrin nəzarəti” və ya əksinə başa düşülür. Çıxış parametrləri qarşlıqlı əlaqədə olmadıqda hər hansı bir parametr buraxıla bilən oblastdan kənara çıxdıqda hər hansı digər parametrin qiyməti dəyişmir.



Yüklə 84,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin