Texniki diaqnostikanın əhəmiyyəti


Bərpaolunma nöqtələrinin yaradılması



Yüklə 84,35 Kb.
səhifə14/32
tarix19.04.2022
ölçüsü84,35 Kb.
#55802
1   ...   10   11   12   13   14   15   16   17   ...   32
Komputer diaqnostikasi (1) (1)

Bərpaolunma nöqtələrinin yaradılması
Nəzərə almaq lazımdır ki, sisteminin bərpasından əvvəl bərpaolunma nöqtəsi yaradılmalıdır. Çünki, istifadəçi hər an sistemin bu günkü vəziyyətinə qayıtmaq məcburiyyətində qala bilər. Odur ki, istifadəçi istənilən vaxt bərpaolunma nöqtəsi yaratmaq və sonralar ehtiyac yarananda həmin nöqtəyə qayıtamq imkanına malikdir. Bu xüsusilə yeni proqram təminatı quraşdırakən və sistemin parametrləri ilə bağlı geniş miqyaslı dəyişikliklər apararkən əhəmiyyətlidir.

Bərpaolunma nöqtəsi yaradarkən yuxarıda verilmiş dialoq pəncərəsindən istifadə olunur. Belə ki, bunun üçün həmin dialoq pəncərənin yuxarısında verilən создать точку восстановления (Bərpaolunma nöqtəsi yaratmaq) rejimi aktivləşdirilir və (Далее) düyməsi basılır

Açılan dialoq pəncərəsində Bərpaolunma nöqtəsinin təsviri sətrindən bərpaolunma nöqtəsi üçün ixtiyarı ad daxil edilir və Yaratmaq düyməsi basılır və bununla da bərpaolunma nöqtəsi yaradılır.

Sistemin bərpası üçün zəruri olan bütün faylların hamısı kopiyalanır. Bu halda kompüter yenidən yüklənmir. Sonda Закрыть düyməsi basılır.

Yuxarıda qeyd edildiyi kimi Windows XP sistemi quraşdırıldıqdan sonra kompüter elə birinci dəfə istifadə olunarkən avtomatik olaraq əməliyyat sisteminin ilk bərpaolunma nöqtəsi yaradılır. Eyni zamanda kompüter fasiləsiz istifadə olunduqda sisteminin bərpaetmə proqramı avtomatik olaraq, hətta sistemdə heç bir dəyişiklik edilmədikdə belə cədvəl üzrə hər 10 və 24 saatdan bir, bərpaolunma nöqtəsini yaradır. Komputer bir sutkadan artıq işləmirsə, onda növbəti dəfə bərpaolunma nöqtəsi kompüter işə salınan kimi yaradılır. Lakin bərpaolunma nöqtələrinin sisteminin özü tərəfindən avtomatik olaraq (istifadəçinin müdaxiləsi olmadan) yaradılması üçün müvafiq sazlama əməliyyatı aparmalıdır. Bunun üçün Свойства система(Sistemin xüsusiyyətlər) dialoq pəncərəsindən istifadə edilir.

Свойства система dialoq pəncərəsinin açmaq üçün Baş menyudan Панел управления - Производительность и обслуживание-Система əmrlərini ardıcıl seçirik. Восстановление системы pəncərəsində Sistemin bərpaetmə finksiyası Отключить восстановление системы на всех дисках (Bütün disklərdə sistemin bərpasını kəsmək)rejiminin aktiv olub- olmaması ilə tənzimlənir. Yəni, bu rejim aktiv olmaqdıqda sistemin özü tərəfindən avtomatik olaraq bərpaetmə prosesi aparılır, əks halda isə heç bir diskdə sistemin bərpası prosesi getmir. Bu dialoq pəncərəsində ki, Параметр düyməsindən istifadə edərək hər bir disk üçün bərpaolunma (qayıdış) nöqtələrinin saxlanılmasında nəzərdə tutulan yaddaş həcmini də vermək olar. Adətən bu həcmin maksimum qiyməti ümumi disk həcminin 12 %- i qədər olur.



Yüklə 84,35 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin