Nasaz modulun müəyyən edilməsi. Burada, hər bir modul xüsusi bir sınaq stendində yoxlamaqla və/və ya şübhəli modulun yerinə işlək olduğu əvvəlcədən məlum olan modul qoşularaq diaqnoz qoyulur. Beləliklə, qüsurlu modul istisnalar üsulu ilə müəyyən edilir. Əgər modul texniki cəhətdən təmir etmək mümkün deyilsə (sıradan çıxmış prosessor və ya xarab (bad) sektorları olan sərt disk) və ya təmiri işlək modulla əvəz etməkdən xeyli baha başa gələcəksə, modulu dəyişdirmək məsləhət görülür. Modulu təmir etmək mümkündürsə və maddi cəhətdən əlverişlidirsə, növbəti mərhələyə keçirik.