Texniki diaqnostikanın əhəmiyyəti


Bərpaolunma prosesi haqqında ümumi məlumat



Yüklə 84,35 Kb.
səhifə13/32
tarix19.04.2022
ölçüsü84,35 Kb.
#55802
1   ...   9   10   11   12   13   14   15   16   ...   32
Komputer diaqnostikasi (1) (1)

Bərpaolunma prosesi haqqında ümumi məlumat
Windows XP sisteminin tərkibində olan mühüm bir vasitə -Sistemin bərpası proqramının köməyilə kompüterlə iş prosesində müəyyən problemlər baş verdikdə şəxsi faylları korlamadan kompüterin əvvəlki iş vəziyyətini bərpa etmək olur. Bərpaetmə proqramı sistemdə baş verən bütün dəyişiklikləri izləyir və avtomatik olaraq asan təyin oluna bilən bərpaolunma nöqtələri (qayıdış nöqtələri) yaradır. Həmin bərpaolunma nöqtələri sistemi bu nöqtələrlə təyin olunan tarixdəki vəziyyətinə qaytarmağa imkan verir. Onlar komputerin fasiləsiz istifadəsindən asılı olaraq hər gün və eləcə də ciddi sistem hadisələri (məsələn, proqramların və qurğuların quraşdırılması) baş verərkən yaradılır. Həmçinin istifadəçinin özü də istənilən vaxt bərpaolunma nöqtələri yarada bilər. Beləliklə, sistemin bərpası proqramının işi bərpaolunma (qayıdış) nöqtələrinin istifadəsinə əsaslanır. Belə ki, sistemin bərpaetmə proqramı müəyyən müddət ərzində aparılmış bütün dəyişiklikləri, eləcə də quraşdırılan bütün proqramları və yeni qurğuları avtomatik olaraq yazır. Bununla yanaşı sistemin bu dəyişikliklərə qədərki parametrlərinin yazılması üçün istifadəçi özü də şəxsi bərpaetmə nöqtələrini verə bilər. Yəni istifadəçi özü üçün zəruri proqramları quraşdırdıqdan və eləcə də kompüterin bütün qurğularının sazlanma prosesini özü istədiyi kimi apardıqdan sonra əmin olsa ki, Windows XP sistemi korrekt və stabil şəkildə işləyir, onda həmin tarix üçün sistemin bərpaolunma (qayıdış) nöqtəsini yarada bilər. Bu zaman sistemin bərpaetmə proqramı avtomatik olaraq Windows XP- nin həmin tarixdə ki, sistem reesterinin və eyni zamanda Windows – un işi üçün zəruri olan bütün sistem fayllarının ehtiyat kopiyalarını yaradır. Odur ki, sonralar kompüterdə işləyərkən quraşdırılmış proqramlardan və ya yeniləşdirilmiş drayverlərdən hər hansı birinin işində müəyyən sapmalar baş verərsə və ya təsadüfən sistem fayllarl ləğv olunarsa, yaxud zədələnərsə, onda kompüteri istənilən anda həmin faylların normal işlədiyi vaxtlardakı vəziyyətinə, qaytarmaq, yəni sistemin o vaxtlar yaradılmış bərpaolunma nöqtəsinə keçmək olar. Bunun üçün Sistemin bərpası proqramından istifadə edilir. Bu proqram müəyyən tarixdəki, konkret bərpaolunma nöqtəsini verən kimi diskdəki bütün bölmələri izləyərək bərpa edir və bununla da kompüter sisteminin hamin tarixdəki, işlək vəziyyətinə qayıtmış olur.

Sistemin bərpa olunması zamanı istifadəçilərin yaratdıqları sənəd faylları toxunulmaz qalır. Əməliyyat sisteminin daha stabil vəziyyətə qayıtması zamanı sənədlər, elektron poçt məlumatları və digər sənəd faylları saxlanılır. O cümlədən, Мой документы qovluğundakı istənilən genişlənməli bütün sənədlər saxlanılır.

Nəzərə almaq lazımdır ki, bərpaolunma nöqtəsi yaradılandan sonra quraşdırılmış bütün tətbiqi proqramlar sisteminin bərpası zamanı ləğv olunur. Lakin bu proqramları yenidən quraşdırmaq lazımdır.

Qeyd etmək lazımdır ki, sisteminin bərpaolunma əməliyyatı müəyyən tarix üçün təmamilə çevrilə biləndir. Bu o deməkdir ki, istifadəçi sistemi istənilən anda bir ay əvvəlki vəziyyətinə qaytarmaq və sonra isə həmin bərpaolunma nöqtəsindən imtina edərək yenidən sisteminin bir həftə əvvəlki vəziyyətini bərpa etmək imkanına malikdir.

Bərpaetmə proqramı icra olunarkən bərpaolunma nöqtəsini tapmağa kömək edən xüsusi təqvim ekrana çıxır. Əgər kompüter hər gün istifadə olunmursa, onda bir neçə gün ərzində yalnız bir bərpaolunma nöqtəsi hər gün istifadə olunduqda isə bərpaolunma nöqtəsi hər gün ərzində bir neçə bərpaolunma nöqtəsi də yarana bilər.

Qeyd edək ki, Windows XP sistemi quraşdırıldıqdan sonra kompüter elə

birinci dəfə istifadə olunarkən avtomatik olaraq ilk əməliyyat sisteminin bərpaolunma nöqtəsi yaradılır. Sonralar həmin bərpaolunma nöqtəsinin seçilməsilə kompüteri və proqramları ilkin vəziyyətinə qaytarmaq olar. Bu halda Мой документы qovluğunda saxlanılan bütün fayllar yuxarıda göstərildiyi kimi dəyişilməz qalır.

Kompüter fasiləsiz istifadə olunduqda sistemin bərpaetmə proqramı avtomatik olaraq cədvəl üzrə hər 10 saatdan bir və hər 20 saatdan bir, hətta sistemdə heç bir dəyişiklik edilmədikdə belə bərpaolunma nöqtəsini yaradır. Kompüter bir sutkadan artıq işləmirsə, onda növbəti dəfə bərpaolunma nöqtəsi kompüter işə salınan kimi yaradılır.

Sistemə yeni proqram quraşdırılarkən bərpaetmə proqramı yeni bərpaolunma nöqtəsi yaradır. Belə bərpaolunma nöqtələri sistemdə baş vermiş dəyişiklikləri yazmaq və ya kompüterin proqramlar quraşdırılmazdan əvvəlki vəziyyətini bərpa etmək üçün istifadə edilir.

Lazım gələrsə, bərpaolunma nöqtəsini əl ilə də yaratmaq olar. Belə bərpaolunma nöqtələri yarandıqda siyahıda onların adı və yaranma tarixi əks olunur.

Sistemin bərpası proqramının icrası üçün Baş menyudakı Программы – Стандартные-Служебные-Восстановление системы əmrlərini ardıcıl seçirik. Nəticədə Восстановление системы adlı dialoq pəncərəsi ekrana çıxır.

Zədələnmiş sistemin bərpası üçün bu dialoq pəncərəsində Восстановление более раннего состояния компьютера(Kompüterin daha əvvəlki vəziyyətinin bərpa olunması) rejimi seçilir və Далее düyməsi basılır. Nəticədə bərpaolunma nöqtəsini seçmək üçün nəzərdə tutulan xüsusi dialoq pəncərəsi ekrana çıxır.

Nəzərə almaq lazımdır ki, seçilən tarixdən sonra quraşdırılmış proqramların heç biri ondan sonra işləməyəcək.

Açılmış növbəti dialoq pəncərəsinin sol tərəfində xüsusi təqvim əks olunur. Bu təqvimdə bərpa olunma nöqtələrini göstərən tarixlər nisbətən qalın şriftlərlə verilir. Təqvimin sağındakı pəncərədə bərpaolunma nöqtələrinin yaradılma vaxtı və adları verilir. Qeyd edək ki, bir tarixə bir neçə bərpaolunma nöqtəsi uyğun gələ bilər. Odur ki, təklif olunan təqvimdən nəzərdə tutulan tarix və onun sağındaki pəncərədən isə bərpaolunma nöqtəsi seçilərək Далее düyməsi basılır.

Bu halda açılan dialoq pəncərəsində seçilmiş bərpaolunma nöqtəsinin təsdiq olunması təklif edilir. Ona görə də həmin seçimin təsdiqlənməsi üçün sadəcə olaraq Далее düyməsi basılır. Bundan sonra sisteminin bərpaolunma prosesi başlanır. Bərpaetmə prosesi başa çatan kimi kompüter avtomatik olaraq yenidən yüklənir və sondan bərpaolunma prosesinin başa çatması barədə məlumat ekrana çıxır.

Əgər sistemin bərpası prosesi istifadəçini qane etməsə, onda başqa bərpaetmə nöqtəsi seçməklə əməliyyatı yenidən aparmaq və ya sistemin sonuncu bərpaolunmuş variantından imtina etmək olar. Bunun üçün bərpaolunma əməliyyatından sonra Программы Программы – Стандартные-Служебные-Восстановление системы əmrlərini ardıcıl seçirik.Açılan dialoq pəncərəsində Sonuncu bərpanı təxirə salmaq rejimini seçmək lazımdır.



Yüklə 84,35 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin