Texniki diaqnostikanın əhəmiyyəti


Texniki diaqnostika - nasazlıqların axtarılması



Yüklə 84,35 Kb.
səhifə4/32
tarix19.04.2022
ölçüsü84,35 Kb.
#55802
1   2   3   4   5   6   7   8   9   ...   32
Komputer diaqnostikasi (1) (1)

Texniki diaqnostika - nasazlıqların axtarılması

İstənilən obyektin vəziyyəti müəyyən göstəricilərlə (parametrlərlə) xarakterizə olunur. Obyektin elementləri arasında qarşılıqlı əlaqəni xarakterizə edən və obyektin texniki vəziyyətinin keyfiyyət göstəricisi olan bu parametrlər struktur parametrləri adlanır. Başqa sözlə desək, struktur parametrləri obyektin struktur sxemini (elementlərin bir-birinə nəzərən yerləşmə xüsusiyyətini) xarakterizə edir. Struktur parametrlər əsas və ikinci dərəcəli olur. Obyektin normal işləmə qabiliyyətinə təsir edən parametrlər əsas, təsir etməyən parametrlər isə ikinci dərəcəli struktur parametrlər adlanır. (Məsələn, obyektin xarici görüşünü qiymətləndirən parametrlər)

Obyektin struktur parametrləri dedikdə onun tərkib hissələrinin struktur parametrləri nəzərdə tutulur. Texniki sistem əsasən bir vəzifəni yerinə yetirdiyi halda onun elementləri müxtəlif işçi proseslərə məruz qalır. Bu proseslərə bəzən çıxış prosesləri deyilir və onlar özlərinin işçi parametrləri (xarakteristikaları) ilə qiymətləndirilirlər. İşçi parametrlər (əlamətlər) nəzarət oluna bilən (diaqnostika edilən) və obyektin iş keyfiyyətini xarakterizə edən parametrlərə deyilir. Hər bir diaqnostik əlamət tədqiq olunan obyekt üçün dəyərli məlumatlar daşıyır və özü də müvafiq diaqnostik parametrlərlə qiymətləndirilir. Məsələn, mühərrikin effektiv işi onun gücü və yanacaq sərfi ilə xarakterizə olunur.

İstismar zamanı struktur parametrləri dəyişdiyi üçün onlardan asılı olan diaqnostik parametrlər də dəyişir. Odur ki, struktur və diaqnostik parametrlər arasında əlaqə statistik xarakter daşıyır, yəni diaqnostik parametrlər və struktur parametrləri kimi təsadüfi parametrlərdir (şəkil 2).




Şək.2 Texniki diaqnostika parametrlərinin statistik əlaqə sxemi



  1. Yüklə 84,35 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin