Texniki diaqnostikanın əhəmiyyəti


Noutbukun ilkin və əsas diaqnostikası



Yüklə 84,35 Kb.
səhifə26/32
tarix19.04.2022
ölçüsü84,35 Kb.
#55802
1   ...   22   23   24   25   26   27   28   29   ...   32
Komputer diaqnostikasi (1) (1)

Noutbukun ilkin və əsas diaqnostikası
Noutbukun diaqnostikası, nasazlığın növünü mümkün qədər dəqiq müəyyən etmək və onu aradan qaldırmağın ən yaxşı yolunu tapmaq üçün istifadə olunur.

Noutbukun ilkin diaqnostikası qurğunun gövdəsi tam (qismən) sökülmədən, modulların və komponentlərin elektrik sxemləri yoxlanılmadan yerinə yetirilir. Əsas diaqnostika zamanı həmin Yuxarıda göstərilən bütün əməliyyatlar yerinə yetirilir.

İlkin diaqnostika həmişə qurğunun müayinəsindən başlayıb, problemi mümkün qədər tez müəyyən etmək və bir neçə saatdan 1-2 günə qədər müddət ərzində aradan qaldırmaq üçün yol tapmaqdan ibarətdir. Məsələn: maqnit lövhələrin səthinin və SMART testlərdən istifadə etməklə sərt diskin diaqnostikası 1-2 saat ərzində noutbukun sərt diskinin (HDD) nasazlığını 100% dəqiqliklə müəyyən etmək mümkündür.

İlkin diaqnozun dəqiqliyini göstərmək çətindir, lakin güman etmək olar ki, təcrübəli noutbuk mütəxəssisi nasazlığı 85%-ə qədər əminliklə dərhal müəyyən edə bilər.

• Noutbukun diqqətlə müayinəsi: noutbukun hansı şəraitdə istifadə edildiyini təyin etməyə imkan verir. Tozlu mühitdə istismar əlamətləri, xırtıldayan klaviatura – mayenin klaviaturaya dağılmasına, sınıq və cızıqlar laptopun tez-tez zərbələrə məruz qaldığına dəlalət edir. Bütün bunlar gələcəkdə nasazlığın baş verəcəyinə işarə edən əlamətlərdir.

• ilkin diaqnostikanın dəqiqliyi əsas diaqnostikadan o qədər də böyük olmadığı üçün noutbukun istismar olunduğu yerdə ilkin diaqnostika xidmətindən, bir qayda olaraq, az istifadə olunur.

• Laptopun ilkin diaqnostikası istifadəçi tərəfindən də yerinə yetirilə bilər. Dəqiqlik dərəcəsi noutbuk və kompüterdən istifadə təcrübəsinə ilə birbaşa mütənasibdir. Lakin bu zaman həmin prosesdə əldə edilən məlumatların yanlış şərh edilməsi və diaqnozun tamamilə doğru olmaması ehtimalı vardır.

Əsas diaqnostika həmişə ilkin diaqnostikanın nəticələrinə əsasən başlayır və mürəkkəb, çox mərhələli bir prosesdir.



Diaqnostikanın növü


Yerinə yetirilən işlər

İlkin diaqnostika

1. Proqram təminatının Windows əməliyyat sisteminin düzgün işləməsini yoxlanması

2. operativ yaddaş və onun yuvalarının diaqnostikası

3. Sərt diskin (HDD) diaqnostikası

4. Xarici qida mənbəyinin diaqnostikası




Əsas diaqnostika


1. Sistem platasının (ana plata) (şimal və cənub körpüsün) diaqnostikası

2. Mərkəzi prosessor blokunun (CPU) diaqnostikası

3. Qida mənbəyi kontrollerinin, qida mənbəyi qoşucusunun diaqnostikası

4. Video kartın diaqnostikası

5. Video alt sisteminin (matris, kabel, HDMI, VGA qoşucularının) diaqnostikası

6. Şəbəkə interfeyslərinin (şəbəkə kartı qoşucusu, Wi-Fi və Bluetooth modullarının) diaqnostikası

7. Məlumat ötürmə interfeyslərinin (USB portları və veb-kameranın) diaqnostikası

8. daxiletmə qurğularının diaqnostikası (taçpəd, klaviatura, qida mənbəyi düüməsi)







Yüklə 84,35 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin