Yerli miqyasda torpaq mövcudluğu və dəyəri ən mühüm yerləşmə faktorları kimi firmanın yerləşmə qərarlarına təsir edir. Torpağın qiyməti yüksək lokallaşmış tələb və təklifi əks etdirir və müxtəlifcür şirkətlər istehsal prosesində mextəlif kəmiyyətdə tələb edir. Ümumən, böyük şirkətlər xüsusən də istehsal sahələrində olanlar daha çox torpaq tələb edir və beləliklə qiymətlərə görə həssasdır, baxmayraq ki, bir çox sektorlarda istehsal xidmətlərində və firmalarda daha çox ödəniş olunur. Firmalar optimal məkanda yerləşmədən öncə intensiv yoxlamalar aparır. Torpaq qiymətin əsas xüsusiyyəti onun daha əlverişli yerdə olmasıdır. Nəqliyyat xərcləri ofislərin yerləşmə kirayə ödənişlərini şəhərdən hansı istiqamətdə yerləşdiyini müəyyən edir. Beləliklə, şəhərmərkəzində yerləşən ərazi ən yaxşı əlçatan torpaq hesab olunur: bir çox şəhərlədə, torpağın qiyməti şəhərdən
uzaqlaşdıqca aşağı düşür (Şəkil 3). Buna baxmayaraq, heçdə bütün firmalar aşağı qiymətli ərazilər axtarır. Firmalar müştərilərə, təchizatçılara, xidmətçilərə başqa sözlə desək sənaye parklarında yerləşən böyük sənaye parklarına tez çatmağı tələb etməməklə müxtəlifcür ticarətsizlik edirlər, və belə halda kiçik ərazi qiymətləri və böyük nəqliyyat xərclərini olan əraziləri seçirlər.