Əksər şəhərlərdə mərkəzi biznes rayonlarından (CBD) uzaqlaşdıqca torpağın dəyəri aşağı duşur. Çünki periferiyaya doğru getdikcə torpaqlarla əlaqə imkanları azalır və nəqliyyat xərcləri coxalır. Firmalar və ev təsərrufatları spesifik yerləşmə ehtiyaclarından asılı olaraq renta ilə nəqliyyat xərcləri arasında secim edirlər.
Metropol ərazilər daixilində, şəhərətrafı ərazilərə doğru firmaların mərkəzdənqaçma prosesləri 1970-ci illərdən bəri başlayıb. Tarixən fabriklər böyük ərazilərə sahiblənməyə üstünlük verdikləri halda bir mərtəbəli binalarda fəaliyyətlərini qururdular. Lakin, kompüterləşmə prosesi müasir dövrdə böyük ərazilərə olan tələbatı azaldıb.