This is your presentation title



Yüklə 12,1 Kb.
səhifə2/4
tarix16.12.2023
ölçüsü12,1 Kb.
#180869
1   2   3   4
toğrul 1

İqtisadi təhlillər-İqtisadi təhlillər təkcə biznes qurularkən deyil, həm də biznesi idarə edərkən da­vamlı olaraq aparılmalı olan bir tədqiqat növü kimi qəbul edilməlidir. İqtisadi təhlillər çərçivəsində araşdırılmalı çoxlu məsələlər vardır.
Bazarın öyrənilməsi və tələbin proqnozlaşdırılması
Bazarın öyrənilməsi, nəzərdə tutulan bazar haqqında məlumatın dəqiq və sistemli şəkildə əldə edilməsini, təsnifləşdirilməsini, təhlilini və şərhini əhatə edən obyektiv tədqiqatdır. Bunun nəticəsində əldə ediləcək məlumatlar müəssisənin ölçüsünün, qu­rulma yerinin və istifadə olunacaq texnologiyanın seçilməsində mühüm rol oynayır.
Biznesin həcminin (gücünün) müəyyən edilməsi əsasən 2 göstərici üzrə müəyyən olunur:
Bazar tutumu – müəyyən dövr ərzində satışın maksimum mümkün həcmi (bu mücərrəd göstəricidir, məs., Bakı şəhərində 2 milyon kişi yaşayır və onlar ayda 2 dəfə saclarını kəsdirmək üçün bərbərin xidmətlərindən yararlanırlar.
Bazarın ölçüsü (həcmi) – müəyyən bir regionda müəyyən bir zaman kəsimin­də əmtəə və xidmətlərin real satışıdır. Bu daha real və konkret göstəricidir, beləki onun sayəsində firmanın bazardakı payını və yerini, rəqabət qabiliyyətini bilmək olar.
Biznesin yaradıldığı yer və yerləşdiyi region
İqtisadi araşdırmanın ikinci hissəsini təşkil edən və bazar araşdırması və tələbin proqnozlaşdırılmasından sonra müəssisələrin diqqətə almalı olduğu araşdırma möv­zusu “yaradılma yeri” və “məkanın” seçimidir. Bu seçimi edərkən biznesin geniş­lənmə siyasəti, planlaşdırılan və ya gözlənilən məhsul dəyişgənliyi, dəyişən xarici şərtlər və s. nəzərə alınmalıdır. Bu prosesi iki mərhələ kimi nəzərdən keçirmək olar:
Biznesin qurulacağı bölgənin seçilməsi: Bu, biznesin coğrafi bölgələrdən hansında qurulacağının müəyyənləşdirilməsi mərhələsidir. Məsələn, Azərbaycanın Qərb və ya Cənub bölgəsi kimi bir bölgəni seçərkən, nəqliyyat, xammal qaynaqlarına və bazara yaxınlıq, işçi qüvvəsi və enerji qaynaqlarına əlçatanlıq da nəzərə alınmalı­dır.
Məkan yeri seçimi: Biznesin qurulacağı bölgə seçildikdən sonra müxtəlif amillər nəzərə alınaraq məkan seçimi edilir. Bunun üçün həmin bölgədəki şəhər, qə­səbə və kəndlərin xüsusiyyətləri araşdırılır və biznes qurmaq üçün ən uyğun torpaqlar müəyyən edilir. Daha sonar, izah edəcəyimiz bəzi dəyişənləri nəzərə alaraq biznes qurmaq üçün ən əlverişli yer seçilir.

Yüklə 12,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin