663.Yanığın ən geniş yayılmış növü hansıdır? A) Yuxarıda sadalananların hamısı
B) Şüa
C) Kimyəvi
D) Elektrik yanıqları
E) Termiki
Termiki yanıqlar isti mayelərdən, qaynar sudan, isti xörəkdən, alovdan, qızmar dəmir parçasından və s. baş verir. Termiki yanıqlardan sonra yanıq xəstəliyi əmələ gəlir. Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 293 664. Dəridə suluqların əmələ gəlməsi neçənci dərəcəli yanıq zamanı baş verir? A) II
B) I
C) III A
D) III B
E) IV
II-dərəcəli yanıqlarda suluqlar əmələ gəlir, içərisində seroz maye olur. Dərinin epidermisi soyulur və arasına seroz maye yığılır. Bu epidermisin yanmasını göstərir. Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 292 665. Sınıqların repozisiyası harada və nə vaxt aparılmalıdır? A) Travma baş verdiyi yerdə
B) Əməliyyat otağında və tez bir zamanda
C) Zərərçəkənin daşınma zamanı
D) İstənilən yerdə və istənilən vaxt
E) Yaxındakı tibb məntəqəsində
Repozisiya-sınmış sümük fraqmentlərinin düzgün vəziyyətdə fiksasiyasından, sınıq sümük parçalarının tam birləşərək döyənək əmələ gələnə qədər yerini sabitləşdirmək deməkdir. Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 268
187
666.Bazu oynağının çıxığında ilk tibbi yardım məqsədilə hansı şina qoyulur? A) Böler şinası
B) Diterix şinası
C) Kramer şinası
D) Yelanski şinası
E) Ilizarov şinası
Universal pilləli dəmir Kramer şinası immobilizasiya və ətrafa sakitlik vermək üçün işlədilir. Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 266 667. Kəllə beyin travmaları zamanı ilk tibbi yardım göstərilərkən xəstə hansı