Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Məhdud irinlik necə adlanır ?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə175/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   171   172   173   174   175   176   177   178   ...   274
Tibb bacisi test suallari

654.Məhdud irinlik necə adlanır ? 
A) Abses
B) Fistula
C) Yara
D) İnfiltrat
E) Fleqmona
 Abses irinləmə deməkdir. Abses məhdudlaşmış iltihabi irinlik olub toxumaların 
əriyərək əmələ gətirdiyi boşluğun içərisinə irinin dolmasıdır.
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 339 
655. Əməliyyatdan sonrakı dövr, neçə fazaya bölünür? 
A) 2
B) 4 
C) 3 
D) 5 


184 
E) 1 
Əməliyyatdan sonrakı dövr 3 fazaya bölünür: 1-ci faza-erkən, 3-5 gün, 2-ci faza-
xəstənin stasionardan çıxdığı günə qədər, 3-cü faza əmək qabiliyyəti bərpa olunana 
qədər olan dövrdür. 
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 194 
656.Əməliyyatdan sonra xəstəyə qulluğun məqsədi nədir?
A) Yaranın infeksiyalaşmasının qarşısını almaq
B) İkincili qanaxmanın qarşısını almaq
C) Əməliyyatdan sonrakı dövrün uzadılması
D) Regenerasiya prosesini sürətləndirmək
E) Hamısı
Tam aseptik şəraitdə toxumalarla ehtiyatlı hərəkət edərək anatomik şərh olunan bu 
dövr bütövlükdə regenerasiya prosesini sürətləndirməyə yönəldilir.
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 196 
 
657.Sınığı təsdiq edən əsas müayinə üsulu hansıdır? 
A) Füloroqrafiya
B) USM
C) Angioqrafiya
D) Rentgenoqrafiya
E) Sistoqrafiya
Sınığın diaqnostikası üçün rentgen müayinəsinin(qrafiyanın )2 proyeksiyada olması 
vacibdir.
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 266 

658.Qanın laxtalanma müddəti normada neçə dəqiqədir? 
A) 5 
B) 16 
C) 9 
D) 10 
E) 15 
Qanın laxtalanma müddəti normada 5 dəqiqədir. Xəstənin qanı laxtalanmadıqda və 
ya laxtalanma qabiliyyəti aşağı olduqda qanaxma öz-özünə dayanmır.Bu hemofiliya 
xəstəliyi olub,yalnız kişilərə məxsus olan xəstəlikdir.qanın laxtalanma qabiliyyətinin 
aşağı düçməsi virus hepatitinə yoluxmuş xəstələrdə müşahidə edilir.Laxtalanmanın 
normaya salınması üçün dərmanlardan istifadə edilir. 
Ədəbiyyat:H.A.Sultanov,Cərrahiyyə Bakı-1997.Səh.75 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin