180
D)3
E)saymamalıdır
Əməliyyatda iri salfetlər 3dəfə: əməliyyatdan əvvəl, əməliyyat vaxtı və əməliyyatdan
sonra sayılır. İri əməliyyatlarda adətən 10 ədəd iri salfet işlədilir.
Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı (səh 234)
M.M.Abakumov. Moskva 1985
640.Toxumalar arasına qanın toplanması necə adlanır?
A) Mioma
B) Osteoma
C) Hematoma
D) Qlioma
E) Teratoma
Yumşaq toxumaların qapalı zədələnməsi-əzilmə adlanır. Bu zaman kapilyarlar
partlayır və toxuma arasına qan yığılır, bu hematoma adlanır.
Ədəbiyyat: N.R.Paleyev “Tibb bacısının məlumat kitabı”. Bakı 1991. Səh 306.
641.Barmaqlarda əməliyyat zamanı tətbiq olunan yerli anesteziya hansıdır?
A) Onurğa beyni anesteziyası
B) İnfiltrasiya üsulu
C) Vişnevski üsulu
D) Oberst-Lukaşeviç üsulu
E) Futlyar anesteziya
Novokainin 1-2%li məhlulundan istifadə edib, müəyyən nahiyəni innervasiya edən
bilavasitə sinir kötüyünə və ya ətraf toxumalara yeritməklə sinir keçiriciliyini
müvəqqəti pozmaq olur .Bu ötürücü, məhəlli və ya oberst Lukaşeviç üsulu adlanır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.279
Dostları ilə paylaş: