Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Yanıq xəstəliyinin 2-ci fazası necə adlanır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə167/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   163   164   165   166   167   168   169   170   ...   274
Tibb bacisi test suallari

 
620.Yanıq xəstəliyinin 2-ci fazası necə adlanır? 
A) Yanıq şoku 
B) Septikotoksemiya 
C) Toksemiya
D) Rekonvalesensiya 
E) Regenerasiya 
Yanıq xəstəliyinin inkişafında 4 faza müəyyən edilir: 1.Yanıq şoku. 2. Toksemiya. 3.
Septikotoksemiya. 4. Rekonvalesensiya. Toksemiya fazası 3-4-cü gündən sonra 
başlayıb 15 günə qədər davam edir. Şiddətli toksemiya və intoksikasiya ilə müşayiət 
olunur. 
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 284) N.P.Paleyev Bakı-1991 
621. Ətraf amputasiya olunduqdan sonra qalan güdülə hansı sarğı qoyulur? 
A) Sapand şəkilli sarğı 
B) Sünbülvari sarğı 
C) Qayıdan sarğı
D) Dezo sarğısı 
E) Spiral sarğı 
Qayıdan sarğı dairəvi nahiyələrə, başa, amputasiyadan sonrakı güdülə qoyulur. 
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 310) N.P.Paleyev Bakı-1991 
 
622. Mastit nəyin iltihabıdır? 
A) Limfa damarlarının 
B) Limfa düyünlərinin 
C) Süd vəzisinin
D) Piy vəzilərinin
E) Tər vəzilərinin
Mastit ən çox doğuşdan sonra baş verir. Xəstəliyi törədən mikroblar stafilokoklar və 
streptokoklardır. Mikrob ən çox süd vəzisi giləsinin çatlarından daxil olur.Süd 
axarlarında durğunluğun olması bu prosesi sürətləndirir. 
Ədəbiyyat: Cərrahiyyə (səh 206) H.A.Sultanov.Bakı-1997 
623. Əməliyyat tibb bacısı planlı əməliyyatlara hazırlıq məqsədilə neçə saat 
əvvəl əməliyyat otağında olmalıdır? 
A) 40 dəq 


176 
B) 30 dəq 
C) 1,5 saat
D) 3 saat 
E) 2 saat 
Əməliyyat tibb bacısı əməliyyat otağına əməliyyatdan 1.5 saat tez gələrək, əməliyyat 
planına uyğun alətlər dəstini, steril sarğı materiallarını, alət- avadanlıqları və s. işə 
hazırlayır.
Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 75) 
M.M.Abakumov.Moskva-1985 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin