Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Anaerob infeksiyaların törədiciləri hansılardır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə165/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   161   162   163   164   165   166   167   168   ...   274
Tibb bacisi test suallari

611. Anaerob infeksiyaların törədiciləri hansılardır? 
A) Batsillər 
B) Stafilokoklar 
C) Streptokoklar 
D) Rikketsiyalar 
E) Klostridilər


173 
Klostridilər oksigensiz mühitdə yaşayaraq inkişaf edən, spor əmələ gətirən 
mikroorqanizmlərdir. 4 növü var: Cl. oedematiens, Cl.perfringens, Cl. septrcum və 
Cl. histolyticum.Çox vaxt xəstəliyin inkişafında bu bakteriyaların bir neçəsi iştirak 
edir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. (səh 147). 
612. Hipertonik imalə üçün natrium-xlorun neçə faizli məhlulu işlədilir? 
A) 15% 
B) 2% 
C) 10% 
D) 20% 
E) 0.5% 
Hipertonik imalə peristaltikanı birdən-birə artırmadan bağırsaqları yumşaldır. 
Natrium-xlorun 10-li hipertonik məhlulundan ilıq halda 100-200ml imalə üçün 
işlədilir. 
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. (səh 47) N.P.Paleyev Bakı-1991 
613.Mədəyə zond salınarkən nə üçün püskürmə (aerozol) şəklində anesteziya 
etmək olmaz? 
A) Burunla tənəffüsü çətinləşdirir 
B) Qida borusunun əzələsini yumşaldır 
C) Udma və qusma reflekslərini zəiflədir
D) Yuxarı tənəffüs yollarını daraldır 
E) Zondu udarkən burula bilər 
Anesteziya edici maddə udlağın selikli qişasını və dilin kökünü anesteziya edir, udma 
aktı pozulduğu üçün zondu udmaq mümkün olmur. Udma və qusma aktı refleksləri 
olmadığı üçün çox çətinliklər yaranır. 
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 65) N.P.Paleyev Bakı-1991 
614.Mədənin zondlanmasında hansı anesteziya növündən istifadə olunur? 
A) 5%-li sovkainlə 
B) 10%-li lidokainlə 
C) Ümumiyyətlə anesteziya olunmur
D) 3%-li trimekainlə
E) 0.5%-li novokainlə 
Anestetik maddə refleksləri aradan qaldırdığı üçün heç bir anesteziya növündən 
istifadə edilmir.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 65) N.P.Paleyev Bakı-1991 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin