169
B) Enteral
C) Parenteral
D) Kontakt-məişət
E) Hava-damcı
İnfeksiyalar orqanizmə müxtəlif yollarla (hava damcı,kontakt, fekal-oral və s.yollarla
) daxil olur. Yuxarıda qeyd edilən infeksiyaların isə ən əsas yoluxma yolu parenteral
yoluxmadır.(inyeksiya vasitəsi ilə). İnyeksiya edərkən aseptika və antiseptika
qaydalarına tibb bacısı tərəfindən çox ciddi əməl edilməlidir. Aseptika və antiseptika
qaydalarına tibb bacısı tərəfindən əməl edilmədikdə Hepatit B və Hepatit C –yə
yoluxma baş verə bilər.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр
548
597. Ana südü uşağı lazımı qida maddələri ilə neçə aya kimi təmin edir?
A) 3-4 aya
B) 7-8 aya
C) 5-6 aya
D) 1-2 aya
E) 8-10 aya
Ana südü uşaq orqanizminin təlabatını 5-6 ay təmin edir. Ancaq uşaq orqanizmi
sürətlə böyüdüyü üçün 5-6-cı aydan sonra uşağın təlabatını ana südü tam ödəyə
bilmir, ona görə də uşağa əlavə qida təyin edilir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр
103
598. Südəmər uşağın doyuzdurulmasına göstəriş hansıdır?
A) Hipotrofiya
B) Qaytarma
C) Hipoqalaktiya
D) Atrofiya
E) Distrofiya
Hipoqalaktiya anada süd azlığıdır. Ona görə uşağın sutkalıq südə olan təlabatı ödənilə
bilmir və çəki pis artır. Hipiqalaktiya- süd azlığı uşağı doyuzdurmağa göstəriş sayılır.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 104
Dostları ilə paylaş: