Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Planlı əməliyyata xəstə bilavasitə nə vaxt hazırlanır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə169/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   165   166   167   168   169   170   171   172   ...   274
Tibb bacisi test suallari

628. Planlı əməliyyata xəstə bilavasitə nə vaxt hazırlanır? 
A) Əməliyyatdan 4 gün əvvəl 
B) Əməliyyatdan 3 gün əvvəl 
C) Əməliyyatdan 7 gün əvvəl 
D) Əməliyyatdan bir gün əvvəl və əməliyyat günü
E) Əməliyyatdan 5 gün əvvəl 
Əməliyyatdan bir gün əvvəl xəstə tam sanitar işlənir, yataq ağları və alt paltarları 
dəyişdirilir. Əməliyyat günü əməliyyat sahəsi tüklərdən təmizlənir,və xəstə ac- 
qarına əməliyyat otağına gətirilir. 
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 317) N.P.Paleyev Bakı-1991 
629. Qalxanabənzər vəzidə aparılan əməliyyat necə adlanır? 
A) Rezeksiya 
B) Laparotomiya 
C) Torakotomiya 
D) Strumektomiya
E) Splenoektomiya 
Trieotoksiki uru olan xəstələrdə strumektomiya əməliyyatı aparılır. 
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 316) N.P.Paleyev Bakı-1991 
630. Zimnitski sınağı üçün xəstəyə neçə qab verilir? 
A) 6 
B) 8 
C) 7 
D) 5 
E) 4 
Zimnitski üsulu ilə böyrəklərin funksiyasını öyrəndikdə xəstə adi pəhriz saxlayır və o, 
sutka ərzində hər 3 saatdan bir ifraz olunan sidiyi ayrıca qaba yığır. 8 qabdakı 
sidiyin hər birinin miqdarı və xüsusi çəkisi ayrıca təyin edilir. 
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 316) N.P.Paleyev Bakı-1991 
631. Drenaj və tamponları kim dəyişməlidir? 
A) Anestezist tibb bacısı 
B) Tibb bacısı 
C) Baş tibb bacısı 


178 
D) Həkim
E) Palata tibb bacısı 
Drenajlar və tamponların işlədilməsi məhz həkim manipulyasiyası olduğu üçün, 
onların dəyişdirilməsi həkim tərəfindən yerinə yetirilməlidir.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 324) N.P.Paleyev Bakı-1991 
632.Sağlam insan hansı yaş həddində qan donoru ola bilər? 
A)) 18-65 
B) 16-25 
C) 18-40 
D) 16-35 
E) 17-50 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2006-cı il 112 saylı qərarına əsasən 
18-65 yaş arasında hər bir sağlam insan donor ola bilər. 65 yaşdan yuxarı ilkin 
donorluğa cəlb olunma qərarı cavabdeh həkimin rəyi əsasında verilə bilər. 
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2006-cı il 112 saylı qərarı 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin