Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Tetanus əleyhinə anatoksin hansı məqsədlə işlədilir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə170/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   166   167   168   169   170   171   172   173   ...   274
Tibb bacisi test suallari

633. Tetanus əleyhinə anatoksin hansı məqsədlə işlədilir? 
A) Sepsis əleyhinə 
B) İltihaba əleyhinə
C) Aktiv immunitet yaratmaq
D) Passiv immunitet yaratmaq 
E) Ağrıları azaltmaq 
Bütün açıq zədələnmələrin hamısında xüsusilə yaralanma,yanıq və donmalarda 
xəstələrdə aktiv immunitet yaratmaq məqsədilə Bezretko üsulu ilə sınaqdan sonra 
0.5-1 ml anatoksin vurulur. 
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 219) N.P.Paleyev Bakı-1991 
634. Eventerasiya nədir? 
A) Bağırsağın burulması 
B) Bağırsaq möhtəviyyatının yaradan xaric olması 
C) Bağırsaqlarda qazın yığılması
D) Bağırsaq ilgəyinin və piyliyin əməliyyatdan sonra qarının ön divarından kənara 
çıxması
E)Qarın boşluğu orqanlarının iltihabı 
Qarının üzərində sarğı birdən-birə seroz qanlı mayeyə bulaşarsa və onun altı şişmiş 
olarsa bu yara tikişlərinin açılmasını və bağırsaq ilgəyinin bayıra çıxmasını göstərir 
Bu cərrahlıqda eventerasiya adlanır. 
Ədəbiyyat:Tibb bacısının məlumat kitabı.(səh 324) N.P.Paleyev Bakı-1991 
635. Əməliyyatda işlədilən sarğı materialı irinlə çirklənibsə nə etmək lazımdır? 
A) 5%-li lizol məhlulunda 6 saat saxlamaq 
B) 3%-li xloramin məhlulunda saxlamaq 
C) Yandırmaq


179 
D) 1%-li soda məhlulunda 1 gün saxlayıb,təkrar istifadə etmək 
E) Zibil qabına atmaq 
Sarğı materialı irinlə çirklənibsə o yandırırlır, infeksiyanın yayılmasının qarşısını 
almaq üçün ancaq bu üsul istifadə olunur. 
Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 99) 
M.M.Abakumov.Moskva-1985 
636. Qastroskopiya zamanı hansı anestetik məhlul istifadə edilir?
A) 3%-li trimekain yeridilir 
B) 0,25% novakain yeridilir 
C) 0,5%-li novakainlə anesteziya edilir 
D) Udlağa 1%-li dikain məhlulu sürtülür
E) Anesteziya edilmir 
Udlağın selikli qişasını ağrısızlaşdırmaq və udma aktını reflektor olaraq aradan 
qaldırmaq üçün udlağa 1%-li dikain məhlulu sürtülür. 
Ədəbiyyat:Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 152)M.M.Abakumov. 
Moskva-1985 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin