Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Yenidoğulmuşlarda tərliliyin səbəbi nədir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə158/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   154   155   156   157   158   159   160   161   ...   274
Tibb bacisi test suallari

582. Yenidoğulmuşlarda tərliliyin səbəbi nədir?
A) Dərinin zədələnməsi 
B) Uşağın soyuq saxlanılması
C) İnfeksiya 
D) Uşağın isti saxlanılması
E) Dərinin silinməsi
Yenidoğulmuşa pis qulluq etdikdə,uşağı çox isti saxladıqda dəridə tərlilik (dəridə 
səpgili qızartı) əmələ gəlir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 52 
583. Uşaqda mədənin təcili yuyulmasına göstəriş nədir? 
A) Pankreatit 
B) Mədə qanaxması
C) Yemək borusu qanaxması 
D) Xolesistit 
E) Qida zəhərlənməsi
Qida zəhərlənməsi mədənin təcili yuyulmasına göstərişdir. Qida zəhərlənməsinə 
səbəb mikrobun toksinidir. Toksini isə bədəndən tez xaric etmək lazımdır.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 90 
584. Kəskin böyrək ağrısında yardım üçün hansı preparatdan istifadə edilir? 
A) Laziks 
B)Aspirin,Analgin 
C) Dibazol, Adrenalin 


166 
D) Dimedrol ,Prednizolon 
E) Noşpa, Baralgin
Kəskin böyrək ağrısında spazmı aradan qaldırmaq üçün noşpa və baralgindən 
istifadə olunur.Bu preparatlar spazmı və ağrını tez aradan qaldırır. 
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 270 
585.Yeni doğulmuşa hansı hepatitə qarşı peyvənd vurulur? 
A) Hepatit C 
B) Hepatit A 
C) Hepatit B 
D) Hepatit E 
E) Hepatit D 
Yenidoğulmuşlara doğuşdan sonrakı ilk 12 saat ərzində pepatit B-yə qarşı peyvənd 
budun ön səthinə dəri altına vurulur.
Ədəbiyyat: Təcrübədə immunlaşdırma Modul 2 Bakı 2008 
 
586.Profilkatik peyvənd hansı otaqda vurulmalıdır? 
A) Palatada 
B) Sarğı otağında 
C) Prosedur otağında 
D) Peyvənd otağında
E) Qəbul otağında 
Profilaktik peyvəndlər infeksion xəstəliklərin qarşısını almaq üçün,infeksiyanın 
yayılmaması üçün peyvənd ancaq peyvənd otağında vurulur. 
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma “Modul 1 Bakı 2008,səh 15 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin