Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Südəmər uşağı meyvə şirəsi əsasən nə ilə təmin edir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə155/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   151   152   153   154   155   156   157   158   ...   274
Tibb bacisi test suallari

569. Südəmər uşağı meyvə şirəsi əsasən nə ilə təmin edir? 
A) Su ilə 
B) Yağla 
C) Zülalla
D) Karbohidratla 
E) Vitaminlərlə
Südəmər uşağa meyvə şirəsi 2-3 aylığından verilir. Meyvə şirəsi uşağı daha çox 
vitaminlərlə təmin edir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 
101 
570. Südəmər uşağı yumurta sarısı əsasən nə ilə təmin edir? 
A) Zülalla 
B) D vitamini ilə
C) Yağla 
D) Karbohidratla 
E) Duzlarla
Yumurta sarısı uşağı əsasən D vitamini ilə təmin edir. 
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 
101 
571.Uşağın qanında şəkəri yoxlamaq üçün qan nə vaxt götürülür? 
A) Qidalanmadan15 dəq sonra 
B) Yeməkdən sonra 
C) Qida qəbulundan asılı olmayaraq
D) Acqarına
E) Qidalanmadan 1 saat sonra 
Qanda şəkəri yoxlamaq üçün qan səhər acqarına barmaqdan göturülür. Çünki, 
qidalanmadan sonra qanın tərkibi bir qədər dəyişə bilər və nəticə düzgün olmaz.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri”, Bakı-2008, səh 333 
572. Zimnitski sınağında sutkalıq sidik neçə saatdan bir yığılır? 
A) 2
B) 5
C) 3
D) 4
E) 6


163 
Zimnitski sınağı böyrək xəstəlikıərində aparılan ən dəqiq sınaqlardan biridir.
Bunun üçün sutkalıq sidik hər 3 saatdan bir yığılır.Yığılmış sidiyin xüsusi çəkisi,gecə 
və gündüz sidiyinin fərqi və sutkalıq sidiyin miqdarı təyin edilir. 
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri” “Bakı” 2008 səh 267 
573. Qastroenterit zamanı mədənin yuyulmasında məqsəd nədir? 
A) Mədənin funksiyasını normallaşdırmaq 
B) Bağırsağın funksiyasını normallaşdırmaq
C) Toksinin bədəndən xaric edilməsi
D) Ağrını azaltmaq 
E) Köpü azaltmaq
Qastroenterit mədə və nazik bağırsağın müştərək iltihabı olub, müxtəlif 
zəhərlənmələr nəticəsində əmələ gəlir. Bu zaman mədənin yuyulmasında məqsəd 
toksini bədəndən tez xaric etməkdir. 
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı”2008 səh 88 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin