Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Uşaqda II dərəcəli hipotrofiyada çəki itkisi neçə % təşkil edir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə151/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   147   148   149   150   151   152   153   154   ...   274
Tibb bacisi test suallari

550. Uşaqda II dərəcəli hipotrofiyada çəki itkisi neçə % təşkil edir? 
A) 10-15 % 
B) 15-30 % 
C) 15-20 % 
D) 20-25 % 
E) 25-30 %
II dərəcəli hipotrofiyada çəki 15-30% azalır, belə uşaqda dəri və selikli qişalar 
avazıyır, uşağın sifəti, qarnında və ətraflarında piy qatı azalır. Uşaq passivləşir, yuxu 
və iştahası pozulur, immuniteti zəifləyir, belə uşaqlar tez-tez infeksion xəstəliklərlə 
xəstələnirlər. 
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 84 
551. Uşaqda III dərəcəli hipotrofiyada çəki itkisi neçə % təşkil edir? 
A) 30-40% 
B) 10-15% 
C) 15-20% 
D) 20-25% 
E) 25-30% 
III dərəcəli hipotrafiyada çəki 30-40% itir. Buna distrofiya da deyilir. Belə uşaq çox 
passiv olur, qan azlığı, dəri və selikli qişaların avazıması olur, immunitet çox,
zəifləyir ,uşaq tez-tez xəstələnir, İnfeksiyalara tez yoluxur. Bütün bədəndə piy qatı 
azalmış olur. 
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 86
552. Südəmər uşaqda qazanılma hipotrofiyanın əsas səbəbi hansıdır? 
A) Ananın papiros çəkməsi 
B) Ananın spirtli içki qəbul etməsi 
C) Anada süd azlığı – hipoqalaktiya
D) Vitamin çatışmazlığı
E) Pis qulluq 
Hipotrofiya arıqlamadır, səbələri müxtəlifdir. Pis qidalanma, pis qulluq, xroniki 
xəstəliklər və s. Əsas səbəblərdən biri anada, süd azlığı- hipoqalaktiyadır. 
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 90 


158 
553. Aşağıdakılardan hansı xromosom xəstəliyidir? 
A) Piylənmə 
B) Fenilketonuriya
C) Daun xəstəliyi
D) Şəkərli diabet 
E) Şəkərsiz diabet 
Daun autosom tipli irsi xromosom xəstəliyidir. Xəstəlik 15,21,22-ci xromosomlarda 
olan patologiya ilə əlaqədar olaraq əmələ gəlir. Bu xəstəliyin xarakterik simptomları 
olur. Belə uşaqların boyu qısa, gözləri xırda, qulaqları qeyri simmetrik, ağızı yarım 
açıq, başı böyük olur. Ağıl zəifliyi xəstəliyin xarakterik əlamətidir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 səh 
352 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin