Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Uşaqda kəskin otitin əsas əlaməti nədir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə153/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   149   150   151   152   153   154   155   156   ...   274
Tibb bacisi test suallari

559. Uşaqda kəskin otitin əsas əlaməti nədir? 
A) Sianoz 
B) Döş qəfəsində ağrı
C) Öskürək 
D) Təngnəfəslik 
E) Qulaqda ağrı
Otit orta qulağın iltihabıdır, uşaqlarda infeksiya ən çox yuxarı tənəffüs yollarının 
iltihabı zamanı orta qulağa keçir. Əsas əlaməti qulaqda ağrıdır. 
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri”, Bakı-2008, səh 191 
560. Revmatik poliartitdə hansı oynaqlar daha çox zədələnir? 
A) Onurğa sütunu oynaqları 
B) Kiçik oynaqlar
C) Döş qabırğa oynaqları
D) Böyük oynaqlar
E) Əl darağı oynaqları


160 
Revmatik poliartitin ən çox oynaqları zədələyir.Revmatik poliartiritdə əsasən böyük 
oynaqlar zədələnir. 
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri” “Bakı”2008 səh 228 
 
561. Uşaqda ac qarına selikli və turş iyli qusma hansı xəstəlikdə çox olur? 
A) Mədə xorasında 
B) Pieloneftitdə 
C) Kəskin qastritdə
D) Pankreatitdə 
E) Enterokolitdə
Qastrit mədənin selikli qişasının iltihabıdır. Qastrit zamanı mədənin selik ifrazı 
çoxalır, turşuluq pozulur və qidanın həzmi çətinləşir. Xəstəliyin ən xarakterik 
simptomu selikli və turş iyli qusmadır.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri””Bakı” 2008 səh 82 
562. Qızılca zamanı səpgi neçəngi gün əmələ gəlir? 
A) 1-2
B) 2-3
C) 4-5
D) 5-6 
E) 7-8
Qızılca kəskin infeksion xəstəlikdir. Xəstəlik kataral əlamətlərlə başlayır.. 4-5-ci gün 
səpgi əmələ gəlir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр. 
488 
 
563. Epidemik parotitin törədicisi nədir? 
A) Göbələk 
B) Bakteriya 
C) Virus
D) Bağırsaq çöpləri 
E) Salmonellalar 
Epidemik parotit kəskin infeksion xəstəlikdir. Əsas iltihabi proses qulaqdibi vəzilərdə 
gedir, törədicisi viruslardır. 
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 
503 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin