Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə148/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   144   145   146   147   148   149   150   151   ...   274
Tibb bacisi test suallari

istifadə edilir? 
A) Suda isladılmış kürəciklər 
B) Steril bitki yağında isladılmış pambıq çöplər 
C) Pambıq kürəciklər 
D) Tənzif kürəciklər 
E) Quru pambıq çöplər
Qulaq həssas orqan olduğundan qulağı çox qıcıqlandırmaq olmaz. Xarici qulaq 
keçəcəyi quru pambıq çöplərlə təmizlənir. 
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 33 
539. Südəmər uşaqlarda kəskin rinit zamanı əmizdirmədən əvvəl buruna
damargenəldici damcının tökülməsində məqsəd nədir? 
A) Bədən hərarətini azaltmaq 
B) Burun selikli qişasının ödemini artırmaq
C) Burunun selikli qişasında ödemi azaltmaq
D) Bağırsaq peristaltikasını artırmaq
E) Qarında köpü azaltmaq
Südəmər uşaqda burun boşluğu kiçik və dar olduğuna görə yuxarı tənəffüs yollarının 
katarında,rinitdə burun selikli qişası ödemləşir, burun tənəffüsü çətinləşir. Uşaq əmə 
bilmir. Ona görə də uşağı əmizdirmədən əvvəl selikli qişanın ödemini azaltmaq üçün 
buruna damargenəldici damcı tökülməlidir. 
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 
100 
540. Uşaqda həzm orqanı xəstəliklərində ilk xəbərdaredici əlamət hansıdır? 
A) İştahanın pozulması 
B) Qarında ağrı
C)Yuxunun pozulması
D) Dispeptik əlamətlər
E) Qarında köp 
Uşaqda həzm orqanı xəstələndikdə (qastrit,qastroenterit və s.) iltihabı proseslərdə 
spazm əmələ gəlir, sinir uclarına təsir edir, bu da ağrıya səbəb olur. 
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 
369 
541. Uşaqda mədə xorası zamanı qida rasionundan nə çıxarılır? 
A) Kərə yağı 
B) Ət və balıq bulyonu
C) Süd,kəsmik 
D) Zeytun yağı 


155 
E) Südlü sıyıqlar
Mədə xorası olan xəstə uşaqlara duru, tez həzm olunan vitamin və tərəvəzlə zəngin 
qidalar verilməlidir. Zülallı yağlı qidalar əks göstərişdir. Belə qidalar çətin həzm 
olunur .Ona görə mədə xorasında ət və balıq bulyonu qida rasionundan çıxarılır.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 
374 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin