578. Uşaqda bağırsaq keçməməzliyinə nə səbəb olur? A) Enterebioz
B) Trixosefalyoz
C) Askaridoz
D) Lyamblioz
E) Eşerixioz
Uşaqda çox təsadüf edilən askarid qurdunun uzunluğu 20-25 sm qədər olur. Qurdun süfrəsi bağırsaq divarından qana keçir bədəndə miqrasiya edərək bir sıra ağırlaşmalar verə bilər. Bəzən də qurdun özü bağırsaqda yığılaraq bağırsaq keşməməzliyinə səbəb olur. Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 586 579.Uşaqlarda sidiyin ümumi müayinəsi üçün hansı sidik götürülür? A) Gecə sidiyi
B) İlk sidik
C) Sidiyin orta porsiyası
D) Sutkalıq sidik
E) Son sidik
Uşaqda sidik götürməzdən əvvəl çalışmaq lazımdır ki, götürülən sidiyə heç nə qarışmasın, sonra ilk sidik atılır, orta porsiya müayinə üçün götürülür. Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008”Bakı” səh 270 580.Dəri bişməcəsinin profilaktikası üçün dəri nə ilə təmizlənir?
165
A) Spirtlə
B) Furasilinlə
C) Yodla
D) Steril bitki yağı ilə
E) Fizioloji məhlulla
Körpə uşağa düzgün qulluq etmədikdə büküşlərdə və sağrıda bişməcələr əmələ gəlir. Onun olmaması üçün uşağın dərisini hər gün steril bitki yağı ilə silmək lazımdır. Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 175 581. Yenidoğulmuşlarda dəri bişməcələrinin səbəbi nədir? A) Bədənin qızması
B) İnfeksiya
C) Bədənin soyuması
D) Pis qulluq
E) Dərinin quruması
Yenidoğulmuşun dərisi yumşaq və yağlı olur, ona görə uşağın dərisini təmiz və quru saxlamaq lazımdır. Yenidoğulmuşun dərisinə pis qulluq etdikdə dəri bişməcəsi əmələ gəlir. Ədəbiyyat: N. Tağıyev “Neontologiya” 2007 səh 178