168
Südəmər yaşda intensiv böyümə düzgün və keyfiyyətli qidalanmaya əsaslanır. Ən
dəyərli qidalar bu yaşda ana südüdür. Ancaq ana südü müəyyən səbəblərdən
olmadıqda uşağın qida inqridientlərinə olan təlabatını ödəmək üçün ana südünə
uyğun olan südlü qarışıqlardan- adaptasiya olunmuş qidalardan istifadə olunur .
Buna göstəriş ana südünün olmamasıdır.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр
156
593. Selikli qanlı nəcis hansı xəstəlik üçün xarakterdir?
A) Enterovirus infeksiyası
B) Salmanelloz
C) Eşerixioz
D)
Dizenteriya
E) Enterit
Dizenteriya bağırsaq infeksiyasıdır. Xəstəliyin əsas əlaməti selikli, qanlı nəcis ifrazı,
qusma,tenezmlərdir.Xəstəlik zamanı yoğun bağırsağın selikli qişasında iltihabı
proses olur, xoralar əmələ gəlir ,bu da selikli qanlı nəcis ifrazına səbəb olur.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр
558
594. Eskikoz və toksikiz hansı infeksion xəstəlik üçün xarakterikdir?
A) Eşerixioz
B)
Skarlatina
C) Difteriya
D) Dizenteriya
E) Salmanelyoz
Dizenteriya infeksion bağırsaq xəstəliyidir. Xəstəliyin xarakterik simptomu
qusma,ishal,qarında tutma şəklində ağrılardır. Qusma və ishal nəticəsində bədən
çoxlu su itirir – eksikoz əmələ gəlir.
Ədəbiyyat:Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни», Москва 1986 стр 565
Dostları ilə paylaş: