195
D) Tam sanitar işlənmə
E) İmalə və əməliyyat sahəsinin işlənməsi
Planlı əməliyyatdan əvvəl xəstə cərrahi şöbədə bir neçə gün müayinə olunduğu və
əməliyyata hazırlandığı üçün aseptika qaydalarına tamamilə riayət olunur və tam
sanitar işləmə apaılır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
698. Fövqəladə əməliyyatdan əvvəl sanitar işlənmənin hansı növündən istifadə
olunur?
A) Hissəvi sanitar işlənmə
B)
Tam sanitar işlənmə
C) Dərinin silinməsi və ağların dəyişdirilməsi
D) Sanitar işlənmə aparılmır
E) Bağırsaqların və sidik kisəsinin boşaldılması
Fövqəladə əməliyyat o deməkir ki, əməliyyatın bir neçə dəqiqə gecikməsi belə ölümə
səbəb olur. Bunu nəzərə alıb heç bir sanitar işlənmə aparılmır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
699. Planlı əməliyyatdan əvvəl dərinin tüklərdən təmizlənməsi nə vaxt aparılır?
A) Əməliyyat otağında
B) Əməliyyatdan əvvəlki gün axşam
C) Əməliyyatdan 1 sutka əvvəl
D) Əməliyyat stolunda
E) Səhər, əməliyyat olunan gün
Tüklərin uzana biləcəyini nəzə alıb ancaq əməliyyat günü səhər dəri tüklərdən
təmizlənir. Tüklər daha əvvəl təmizlənərsə yenidən uzanır və bu da dəridə
qıcıqlanma yaradır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
Dostları ilə paylaş: