Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Aşağıdakı preparatlardan hansı narkozdan əvvəl premidikasiya



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə181/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   177   178   179   180   181   182   183   184   ...   274
Tibb bacisi test suallari

680. Aşağıdakı preparatlardan hansı narkozdan əvvəl premidikasiya 
məqsədilə mütləq işlədilməlidir? 
A) 1%-li Lidokain 
 
B) Novokain 0,5% 
C) 0.1% -li Atropin
D) 0,005% -li Fentanil
E) 50%-li Analgin
Atropin şirə ifrazını azaldır. Əməliyyatdan əvvəl premedikasiya məqsədilə 0,5-1 ml 
0,1%- li atropin məhlulu işlədilir. 
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.314 
 
681.Yumuşaq sarğılara hansı aiddir?
A) İmprovizə olunmuş şinalar
B) Kramer şinası
C) Borulu elastiki bint
D) Gips sarğısı
E) Kleol
Sarğı materialının daha möhkəm və etibarlılığını təmin etmək məqsədilə və dərman 
maddələrinin yara üzərində saxlanması üçün borulu elastik bint yumşaq sarğı 
növündən istifadə edilir.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.308 
682.Aşıq daban oynağının zədələnmələrində hansı sarğı qoyulur? 
A) Qayıdan
B) Tısbağavari
C) Səkkizvari
D) Sünbül
E) Spiralvari


191 
Aşıq daban oynağının zədələnmələrində binti səkkiz rəqəmi şəklində dolayaraq 
oynaqda hərəkətin məhdudlaşdırılmasına nail olunur. Bu sarğı səkkizvari sarğı 
adlanır. 
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.309 
683. Travmalarda ilk yardım məqsədilə yuxarı ətraflara rahatlıq vermək üçün 
hansı sarğı növündən istifadə olunur?
A) Spiral
B) Ləçəkvari
C) Dezo
D) Sünbül
E) Səkkizvari
İlk yardım zamanı geniş istifadə edilir, habelə bazunu, saidin, biləyin və s. 
xəstəliklərində yuxarı ətrafa rahatlıq vermək üçün ləçəkvari sarğı işlədilir.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.306 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin