Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Yağ tərkibli dərmanlar neçə dərəcəyə qədər qızdırılır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə184/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   180   181   182   183   184   185   186   187   ...   274
Tibb bacisi test suallari

692.Yağ tərkibli dərmanlar neçə dərəcəyə qədər qızdırılır? 
A) 55º 
B) 45º 
C) 37º-38º
D) 15º 
E) 10º 
Yağ tərkibli dərmanlar nisbətən iri diametrli iynələrlə yeridilir.Dərman şprisə 
yığılmazdan əvvəl su hamamında və ya sınaq şüşəsinin içərisinə qoyularaq qaynar su 
olan qabda saxlanılır.Dərman 37º-38º-yə qədər qızdırılmalıdır.İneksiyadan sonra 
iynənin yerinə isitqaç qoyulur və ya yod çəkilir. 
Ədəbiyyat:S.A.Aqkatseva.Orta tibb təhsilində praktik vərdişlərin öyrədilməsi-1997 
(səh.156)
693.Troakar nə üçün işlədilir? 
A) Duodenal zondlama üçün 
B) İntubasiya üçün 
C) Punksiya üçün
D) Sistoskopiya üçün 
E) Paranefral blokada üçün 
Troakar klassik metaldan olmaqla birdəfəlik və çoxdəfəlik olaraq iki formada 
işlədilir:Birdəfəlik troakarlar,drenaj boru ilə birləşmiş vəziyyətdə istifadə 


194 
edilir.Troakardan assitlər zamanı qarın boşluğunu və plevra boşluğunu punksiya 
edərkən bağırsaqları zədələməmək üçün istifadə edilir. 
Ədəbiyyat:H.A.Sultanov.Bakı-1997 (səh.43) 
694.Əməliyyatönü dövr hansı vaxtdan başlayır? 
A) Xəstəlik başlanan vaxtdan
B) Xəstəxanaya daxil olan vaxtdan
C) Diaqnoz qoyulan vaxtdan
D) Cərrahi şöbəyə daxil olan vaxtdan
E) Əməliyyat başlanan vaxtdan
Xəstəyə diaqnoz qoyulduqdan sonra xəstəyə əməliyyatın vacib olduğu məlum 
olduqda xəstə cərrahi şöbədə yerləşdirilir ki, əməliyyata hazırlansın. Cərrahi şöbəyə 
daxil olan vaxtdan başlayan dövr əməliyyat önü dövr adlanır.
Ədəbiyyat:Ю.А.Нестеренко «Хирургические болезни». Москва «Медицина»
1983. Səh. 96
695.Panlı əməliyyatdan əvvəl təmizləyici imalə nə vaxt aparılır?
A) İmalə olunmur 
B) Əməliyyatdan 1 sutka əvvəl
C) Əməliyat olunan gün səhər 
D) Əməliyyatdan əvvəlki gün axşam və əməliyyat günü səhər
E) Əməliyyatdan 2 saat əvvəl
Planlı əməliyyatda xəstə əməliyyatdan əvvəl tam sanitar işləmədən 
keçirilir,əməliyyatdan əvəlki gün axşam yüngül yemək verilir (kəmşirin çay, suxarı, 
mannı sıyığı və s) sonra bağırsaqlar təmizləyici imalə olunur həmçinin əməliyyat 
günü səhər yenidən təmizləyici imalə olunur. 
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin