Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Qazlı qanqrena infeksiyasına yoluxmuş xəstələr hansı palatada yatırlar?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə192/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   188   189   190   191   192   193   194   195   ...   274
Tibb bacisi test suallari

722. Qazlı qanqrena infeksiyasına yoluxmuş xəstələr hansı palatada yatırlar?
A) İntensiv terapiya palatasında
B) Ümumi palatada
C) Təcrid palatasında
D) Boksda
E) Reanimasiya şöbəsində
Qazlı qanqrenanın törədiciləri digər yaralara düşdükdə tezliklə yoluxma əmələ 
gətirir.Ona görə də belə xəstələr təcrid palatasında yatır və onların sarğısı da 
palatada aparılır və sarğı materialları sonra yandırılır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 
147 
723.Bu patologiyaların hansında tetanus əleyhinə zərdab və anatoksin vurulur? 
A) Kəskin irinli plevritdə
B) Bazu boynunun qapalı sınığında
C) Başın yumşaq toxumalarının yaralanmalarında
D) Bazunun çıxığında
E) Sarğı nahiyəsinin absesində


202 
Bütün geniş sahəli təsadüfi yaraların hamısında passiv immunizasiya məqsədi ilə 
Bezredko üsulu ilə (sınaqlardan sonra) əzələ daxilinə 3000 BV tetanus əleyhinə 
zərdab və aktiv immunizasiya məqsədi ilə 0,5-1 ml anotoksin vurulur.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 
150 
724.Kəsilmiş yara üçün hansı xarakterikdir? 
A) Yara kanalının uzun və dar olması
B) Daxili qanaxma
C) Yara ağzının kənarlarının hamar olması
D)Yara ağzının kənarlarında hematomaların olması
E) Yara ağzının girintili-çıxıntılı olması
İti alətlərlə kəsilmiş yaralara xas olan əlamətlərdən biri, yara kənarlarının düz və 
hamar olmasıdır. Qan xaricə axır, irinləmə ehtimalı az olur.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 
124 
725. Endoskopik müayinədən əvvəl hansı anesteziya növündən istifadə olunur? 
A) Sürtməklə yerli anesteziya
B) Xloretil ilə anesteziya
C) Regionar anesteziya
D) Peridural anesteziya
E) İnfiltrasion anesteziya
Yerli olaraq udlaq nahiyyəsinə və dil kökünə 1%-li dikain sürtülür.
Ədəbiyyat: B.Q. Steçyuk.Sestrinskoe delo v xirurqii 
Moskva izdatelskiy dom QEOTAP-MED 2001. Səh. 179 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin