Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Klinik ölüm vəziyyətindən çıxarmaq üçün əsas tədbirlər hansıdır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə190/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   186   187   188   189   190   191   192   193   ...   274
Tibb bacisi test suallari

714.Klinik ölüm vəziyyətindən çıxarmaq üçün əsas tədbirlər hansıdır?
A) Tənəffüs yollarının keçiriciliyi bərpa olunur, təcili olaraq eyni vaxtda ürəyin
qapalı masajı aparılır və süni tənəffüs verilir
B) Naşatır spirti iylədilir
C) Ürəyin qapalı masajı aparılır
D) Süni tənəffüs aparatına qoşulur
E) Qanəvəzedicilər köçürülür
Klinik ölümün bioloji ölümə keçməməsi üçün ilk növbədə həyati vacib orqanların 
xüsusilə də beyin hüceyrələrinin qanla və O
2
 –lə təcrizatını təmin etmək lazımdır. Bu 
məqsədlə tənəffüs yollarının keçiriciliyi bərpa olunur, eyni zamanda ürəyin qapalı 
masajı aparılır və süni tənəffüs verilir.
Ədəbiyyat:Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. 
Səh 125 
 
715. Yetkin şəxslərdə ürəyin vasitəli masajı zamanı döş qəfəsinə təzyiq necə 
aparılır? 
A) 2 əlin barmaqları ilə 
B) Sol əlin bütün ovuc səthi ilə
C) Əlin 3 barmağı ilə
D) Sol əlin ovucun proksimal hissəsinə sağ əlin ovcunu qoymaqla
E) Təkcə sağ əllə


200 
Ürəyin vasitəli masajı zamanı döş qəfəsinin içəriyə doğru 4-5 sm ekskursiya etməsi 
üçün sol əlin ovucunun proksimal hissəsinə sağ əlin ovcunu qoymaqla təyziq edilir. 
Bu təzyiq nəticəsində ürəyin mədəciklərindəki qan damarlara qovulur.
Ədəbiyyat:Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. 
Səh 124 
716. Vena daxili infuziya zamanı hava emboliyasının qarşısını almaq üçün hansı 
profilaktik tədbir görülür? 
A) Maye köçürüləcək damarlar dəyişdirilir
B) Sistem və iynə steril olur
C) Sistemdən əvvəlcə hava qabarcıqları çıxarılır
D) İti uclu iynələrdən istifadə olunur
E) Kiçik diametrli iynələrdən istifadə olunur
Birdəfəlik damcıladıcı sistemin icərisində hava olduqda hava emboliyası qorxusu 
olur, ona görə də sistemdən əvvəlcə hava qabarcıqları çıxarılır ki,belə ağırlaşma 
olmasın.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 62

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin