203
E) Hipertonik məhlulun qoyulması .
Təsadüfi yaralanma zamanı yaraya ətraf mühitdən infeksiyanın düşəcəyini nəzərə
alıb üzərinə aseptik sarğı qoyulur və qanaxmanın, qorxulu ağırlaşmaların baş
verməməsi üçün ilk növbədə qanaxma hər hansı bir üsulla saxlanılır. Yaranın
xarakterindən asılı olaraq travmatik şokun profilaktikası üçün ağrıkəsici işlədilir.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh.
128
728. Ağciyər qanaxmasında xəstəni hansı vəziyyətdə daşımaq olar?
A) Qarnı üstə uzanmış
B) Arxası üstə uzanmış
C) Yarım oturaq
D) Sol tərəfi üstə uzanmış
E) Ayaqlar yuxarı qaldırılmış vəziyyətdə
Ağciyər qanaxmasında xəstədə təngnəfəslik əmələ gəldiyi üçün, xəstə yarım oturaq
vəziyyətdə daşınır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 512
Dostları ilə paylaş: