Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Qida borusunun kimyəvi preparatla yanığında ilk tibbi yardım kimi nə



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə195/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   191   192   193   194   195   196   197   198   ...   274
Tibb bacisi test suallari

 
733.Qida borusunun kimyəvi preparatla yanığında ilk tibbi yardım kimi nə 
etmək lazımdır?
 
A) Mədə ilıq su ilə yuyulur və ağrı kəsici preparat vurulur
B) Süd içirdilir
C) Zərərçəkən qusdurulur
D) Heç bir tədbir görülmür
E) Kimyəvi preparatı zərərsizləşdirən maddə içirdilir
Kimyəvi maddəni kənarlaşdırmaq üçün zərəçəkənə ilıq su içirdilir və şokun qarşısını 
almaq üçün ağrı kəsici prepatar vurulur. 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 
121 
734. Nəqliyyat şinaları hansı məqsədlə istifadə eidilir? 
A) Zərərçəkmişi daşımaq məqsədi ilə
B) Sınıqları müalicə etmək məqsədi ilə
C) Zədələnmiş nahiyyəni imobilizasiya etmək məqsədi ilə
D) Qanaxmanı saxlamaq məqsədi ilə
E) Çıxıqları yerinə salmaq məqsədi ilə
Zərərçəkəni daşıyarkən bəzən sınmış sümük fraqmentləri yerini dəyişir bu da ətraf 
toxumalarının və qan damarlarının zədələnməsinə səbəb olur. Ona görə zədələnmiş 
nahiyə şinalar vasitəsi ilə imobilizasiya olunur.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 
110 


205 
735.Çıxıqlar zamanı göstərilən ilk tibbi yardım hansıdır? 
A) Ətraf fiksasiya olunur, ağrıkəsici preparat verilir, oynağa soyuq kompres qoyulur 
B) Oynağa aseptik sarğı qoyulur 
C) Oynağa gips sarğısı qoyulur 
D) Çıxmış oynaq yerinə salınır 
E) oynağa isti kompres qoyulur 
Çıxıqlar zamanı oynaq başı oynaq çüxurundan çıxır və oynaq kapsulasını 
zədələyərək yumşaq toxumaların arasına keçir.Bu zaman qanaxma, ağrı, şişkinlik 
əmələ gəlir, qarşısını almaq üçün oynağa soyuq kompres qoyulur, oynaq fiksasiya 
olunur və ağrıkəsici preparat verilir.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh.
104 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin