Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Orqanizmin soyuğa qarşı ilk reaksiyası özünü necə biruzə verir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə182/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   178   179   180   181   182   183   184   185   ...   274
Tibb bacisi test suallari

684.Orqanizmin soyuğa qarşı ilk reaksiyası özünü necə biruzə verir? 
A) Ağrı 
B) Temperaturun yüksəlməsi 
C) Damarların spazmı
D) Suluqların olması 
E) Epidermisin nekrozu 
Bədənin həddən artıq soyuması müvafiq nahiyyələrdə ilkin olaraq damarların 
spazmına səbəb olur.Nəticədə qan dövranı yavaşıyır,kapilyarların iflici yaranır. 
Ədəbiyyat:N.P.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.286 
685. Filtirli bikslərdə olan sarğı materiallarını sterilizasiyadan sonra maksimum 
nə qədər saxlamaq olar? 
A) 5 gün 
B) 10 gün
C) 20 gün
D) 40 gün 
E) 6 saat 
İkiqat baktreosid filtirləri olan bikslərdə alətlər 20 gün steril qalır. 
Ədəbiyyat:S.A.Aqkatseva.Orta tibb təhsilində praktik vərdişlərin öyrədilməsi-1997 
(səh.89)
 
686. Kraft-paketlərdən neçə dəfə istifadə etmək olar? 
A) 10 
B) 7 
C) 2 
D) 5 
E) 20 


192 
Kraft 
paketlərdən 
müasir 
cərrahlıqda 
alətlərin 
çeşidlənərək 
buxarla 
sterilizasiyasında geniş istifadə olunur.Bunun üçün klinikalarda müasir kraft paket 
hazırlayan avtomatlaşdırılmış dəzgahlar mövcuddur.Sterilizasiyadan əvvəl indikator 
lentlər açıq çəhrayı,sterilizasiyadan sonra isə bənövşəyi rəng alır.Kraft paket 
dəzgahla dört tərəfdən yapışdırılmış halda alətlər 20 gün sterilliyini 
itirmir.Sterilizasiyaya nəzarət üçün kraft paketlərin kınarlarına indikator lentlər 
yapışdırılır. Kraft-paketlərdən 5dəfə istifadə etmək olar. 
Ədəbiyyat:S.A.Aqkatseva.Orta tibb təhsilində praktik vərdişlərin öyrədilməsi-1997 
(səh.89)
687.Əməliyyat blokunun təmizlənməsi zamanı ardıcıllıq necə olmalıdır? 
A) Dəhliz 
B) Əməliyyat önü otaq 
C) Əməliyyat otağı
D) Alətlər yığılan otaq 
E) Tibb işçilərinin istirahət otağı 
Əməliyyat blokunun gündəlik təmizlənməsində ardıcıllıq ciddi gözlənilməlidir. Beləki, 
əməliyyat otağından başlamaqla digər yardımçı otaqlar ardıcıllıqla təlimata uyğun 
təmizlənməlidir.Əməliyyat otağı yığışdırıldıqdan sonra bakteriosid lampalarla 
şüalandırılması vacibdir. 
Ədəbiyyat:M.M.Abakumov.Moskva-1985(səh.98) 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin