767.Əməliyyat sahəsinin işlənməsində hansı antiseptik məhlul istifadə olunur? A) Pervomur
B) Yodonat
C) Hidrogen-peroksid
D) Kalium-permanqanat məhlulu
E) 10%-li natrium-xlorid
Əməliyyat sahəsinin işlənməsində halloid qrupuna aid kimyəvi aseptik maddə olan yodonatdan istifadə olunur. Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 21 768.Əllərin işlənməsində hansı antiseptik maddədən istifadə edilir? A) Formalin
B) Brilliyant yaşılı
C) Pervomur (C-4)
D) Benzoy turşusu
E) Lyuqol məhlulu
Əllərin müasir işlənməsində pervomur məhlulundan istifadə olunur. Məhlul 33%-li hidrogen-peroksidlə, 100%-li qarışqa turşusunun qarışığıdır. Əllər mexaniki işləmədən sonra 2,4%-li pervomur məhlulunda bir dəqiqə müddətində saxlanılır. Üsul tezliyinə görə çox əlverişlidir. Pervomur məhlulu C-4 qarışığı da adlanır. Ədəbiyyat:В.Г.Стецюк «Сестринское дело в хирургии». Səh. 46 769.Tikiş materialını yağsızlaşdırmaq üçün hansı məhlulda saxlanılır? A) 3%-li hidrogen peroksid
B) 5%-li yodun spirtli məhlulu
C) Pervomur
D) Efir
E) Karbol turşusu
214
Tikiş sapları sterilizasiyadan əvvəl yağsızlaşdırmaq üçün efirdə saxlanılır. Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 32 770.Quruducu şkafda sterilizasiyaya nəzarət üçün nədən istifadə olunur? A) Nişasta
B) Kükürd
C) Benzoy turşusu
D) Tiomoçevina
E) Aspirin
Quruducu şkafda 180-220C 0 -də alətlər sterilizasiya olunur. Sterilizasiyaya nəzarət üsulu tiomoçevinın yüksək temperaturda rənginin dəyişməsinə əaslanır. Ədəbiyyat:Y.A.Nesterenko “Cərrahi xəstəliklər”. Moskva 1983. Səh. 42