215
Daxili qanaxma zamanı qan boşluqlara-yəni, qarın boşluğu, döş boşluğu və s.
həmçinin, borulu orqanların mənfəzinə axır. Bu zaman dövriyyədə olan qanın ümumi
həcmi azaldığına görə dəri örtüyü avazıyır.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 73
774. Arterial qanaxmanın müvəqqəti dayandırılmasında hansı üsuldan istifadə
olunur?
A) Buz qovuqcuğunun qoyulması
B) Ətrafa yuxarı vəziyyətin verilməsi
C) Damarların sklet sümüklərinə sıxılması
D) Damara tikilməsi
E) Damar protezinin qoyulması
Arterial qanaxmalar zamanı qan gur və sürətlə axdığına görə xəstə tez bir zamanda
çoxlu qan itirə bilər ki, bu da xəstənin ölümü ilə nəticələnə bilər. Həyati təhlükənin
qarşısını almaq və xəstəni tibb müəssisəsinə çatdırana qədər vaxt itirməmək
məqsədilə qanaxmanı müvəqqəti dayandırılmaq üçün damarları yumruqla və ya
barmaqla yaxındakı sklet sümüklərinə sıxmaq lazımdır.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 76
Dostları ilə paylaş: