223
C) Əməliyyat otağının temperaturuna nəzarət etmək
D) Narkoz aparatının göstəricilərinə nəzarət etmək
E ) Ağciyərin süni ventilyasiya aparatına nəzarət etmək
Əməliyyat otağının temperaturuna nəzarət etmək anestezist tibb bacısının
səlahiyyətinə aid deyil.Bu əməliyyat blokunun böyük tibb bacısının vəzifəsidir.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии,
практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.242
806. Punksiya nədir?
A) Dərin yaraların və boşluqların antiseptik maddələrlə yuyulması
B) Boşluqlara,orqan və toxumalara rezin borunun yeridilməsi
C) Dərman maddələrinin periferik venalara yeridilməsi
D) Boşluqların, orqan və toxumaların yoğun iynə və ya troakarla deşilməsi
E) Boşluqlu orqanlara süni fistulanın qoyulması
Punksiya boşluqların,orqan və toxumaların yoğun iynə və ya troakarla deşilməsidir.
Tibb bacısı xəstəni proseduraya hazırlayır, punksiya zamanı ona verilən vəziyyəti
müəyyən edir,lazımı alətləri, dərman maddələrini hazırlayır, həkimə manipulyasiya
zamanı kömək edir.
Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее
профессиональное образование), Феникс, 2008 стр.101
807. Qastrostoma ətrafındakı dərini qorumaq məqsədi ilə nədən istifadə olunur?
A)Brilliyant yaşılı
B)Kamfora spirti
C) Lassar pastası
D)Yod
E)Vazelin yağı
Qastrostomadan xaric olan möhtəviyyatın qıcıqlandırıcı təsirini nəzərə alaraq hər
dəfə sarğı zamanı stoma ətrafı dəri xüsusi pasta-lassar pastası ilə işənilir.Bu pasta
iltihab əleyhinə təsirə malikdir.Prosedura zamanı stoma ətrafı dəri 0.1-0.5%-li
kalium –permanqanat məhlulunda isladılmış kürəciklə işlənilir və sonra quru steril
kürəciklə qurudulur.Steril şpatel vasitəsi ilə lassar pastası 0.5 sm. qalınlıqda dəriyə
sürtülür.
Ədəbiyyat Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии,
практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.403
Dostları ilə paylaş: