220
793. Aşağı ətrafların borulu sümüklərinin sınığı zamanı hadisə yeridə ilk yardım
nədən ibarətdir?
A) Narkotik vurmaq
B) Sınıq nahiyyəsini ağrısızlaşdırmaq
C) Ətrafı nəqliyyat şinası ilə immobilizasiya etmək
D) Sınıq fraqmentlərinin repozisiyası
E) Xəstəyə qurbağa vəziyyəti vermək
Borulu sümüklərin sınığı varsa hadisə yerində ətrafı nəqliyyat şinası və əl altında
olan vasitə ilə immoblizasiya etmək lazımdır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 301
794.Hansı sarğı növü paltar və ayaqqabı üzərindən qoyulur?
A) Yapışqanlı sarğılar
B) Nəqliyyat şinası ilə sarğılar
C) Gips sarğıları
D) Bint sarğıları
E) Plastırlı sarğılar
Ayaqqabı və paltarı soyundurduqda sınmış sımük fraqmentlərinin yerini
dəyişməməsi üçün nəqliyyat şinası ilə sarğılar ayyaqabı və paltar üzərindən
qoyulur.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 312
795.Qanəvəzediciləri köçürülərkən hansı fəsadlar törənir?
A) Sadalananların hamısı
B) Allergik reaksiya
C) Yerli reaksiya
D) Pirogen reaksiya
E) Toksiki reaksiya
Qanəvəzediciləri köçürülərkən orqanizmdə allergik,pirogen toksiki reaksiyalar və
inyeksiya nahiyyəsində müxtəlif yerli reaksiyalar yarana bilər.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 354
Dostları ilə paylaş: