219
789. Sınıqlar zamanı şokun profilaktikası üçün həkimə qədər ilk yardım zamanı
nə etmək olmaz?
A) Xəstəni hərəkət etdirmək
B) Xəstənin immoblizasiyası
C) Ağrıkəsicilərin tətbiqi
D) Qanaxmanı dayandırmaq
E) Soyuq qoymaq
Sınıqlar zamanı şokun profilaktikası üçün ilk yardımda xəstəni hərəkət etdirmək
olmaz.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 289
790.Əməliyyat zamanı qanaxmanı müvəqqəti saxlamaq məqsədilə tibb bacısı
hansı aləti verməlidir?
A) Koxer zondunu
B) Farabef qarmağını
C) Damar sıxıcısını
D) Cərrahi pinseti
E) Tutqac
Əməliyyat zamanı qanaxmanı müvəqqəti saxlamaq məqsədilə zədələnmiş damara
sıxıcı qoymaq lazım gəldiyinə görə tibb bacısı “damar sıxıcısı”nı verməlidir.
Ədəbiyyat:H.Sultanov. “Cərrahiyyə” .Səh. 42
791.Gün ərzində əməliyyat otağı necə dəfə yığışdırılmalıdır?
A) Hər gərək olduqca
B) 1 dəfə
C) 4 dəfə
D) 2 dəfə
E) 3 dəfə
Əməliyyat otağı gün ərzində bir neçə dəfə, hər gərək olduqca yığışdırılmalıdır.
Ədəbiyyat:H.Sultanov. “Cərrahiyyə” .Səh. 41
Dostları ilə paylaş: