Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Mədə xorası üçün xəstənin xarakterik vəziyyəti hansıdır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə207/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   203   204   205   206   207   208   209   210   ...   274
Tibb bacisi test suallari

779. Mədə xorası üçün xəstənin xarakterik vəziyyəti hansıdır?
A) Hərəki narahatlıq 
B) Hərəkətsiz, yarımoturaq
C) Dizləri qarına yığılmış (sıxılmış) vəziyyətdə
D) Opistotonus
E) Trendlenburq 
Mədə xorası ağrıları zamanı xəstə ayaqlarını qarnına yığdıqda, qarın əzələlərinin 
gərilməsi azalır və bu da ağrının intensivliyinin azalmasına səbəb olur.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.
 
780.Mexaniki antiseptikaya hansı aiddir? 
A) Yaraya bakteriofaq vurmaq
B) Yaraların spirtlə dezinfeksiyası
C) Yaraların I-li cərrahi işlənməsi
D) Eyni qrupdan qan köçürmək
E) Yaraya sarğı qoyulması


217 
Bütün təsadüfi yaralar bakteriyalarla çirkləndiyinə görə 12 saatdan gec olmayaraq 
I-li cərrahi işlənməlidir (üz, boyun və əldən başqa). İşlənmə əl və alətlərlə 
aparıldığına görə bu üsul mexaniki işlənmə adlanır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 343
781.Uzunmüddətlisıxılma sindromu zamanı ilk yardıma aid olmayan əlamət 
hansıdır?
A) Zədələnmiş ətrafın immobilizasiyası
B) Ətrafların qızdırılması
C) Ağrısızlaşdırıcı maddələrin təyini
D) Sedativ maddələrin təyini
E) Turnanın qoyulması
Ətrafların qızdırılması uzun müddətli sıxılma sindromu zamanı aparılan ilk yardıma 
aid deyil. Ətrafların qızdırılması zamanı sıxılmış toxumalarda yığılmış toksinlər qana 
sorularaq intoksikasiya yaratdığı üçün qətiyyən ətrafı qızdırmaq olmaz. 
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 344 
782.Yumşaq toxumaların zədələnməsində ilk yardım hansıdır?
A) Kompres qoymaq
B) Soyuq və aseptik sarğı qoymaq
C) Masaj etmək
D) İsti qoymaq
E) Kəsik aparmaq
Yumşaq toxumaların zədələnməsində hematomanın yaranmaması üçün həmin 
nahiyyəyə soyuq (buz qovuğu,soyuq kompres) və zədələnmiş dəri örtüyündən daxilə 
infeksiya keçməməsi üçün sarğı qoymaq lazımdır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.366

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin