Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Nəqliyyat immobolizasiyasında hansı şınadan istifadə olunmur?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə215/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   211   212   213   214   215   216   217   218   ...   274
Tibb bacisi test suallari

811. Nəqliyyat immobolizasiyasında hansı şınadan istifadə olunmur? 
A) Kramer şinası 
B) Ləçəkvari sarğı 
C) Pnevmatik şina 
D) Beler şinası
E) Diterixs şinası 
İmmobilizasiya iki cür olur:nəqliyyat və müalicəvi.Nəqliyyat immobilizasiyası 
xəstənin daşınması zamanı bədənin zədələnmiş hissəsinə və ya zədələnmiş orqana 
müvəqqəti olaraq maksimum sakitlik vermək deməkdir.Nəqliyyat immobilizasiyası 
ləçəkvari sarğının, pnevmatik şinanın,Kramer şinası,Diterixs şinasının,bəzən isə əl 
altında olan vasitələrin-taxta,karton parçasının köməyi ilə həyata keçirilir.Beler 


225 
şinasından isə nəqliyyat immobilizasiyasında yox,müalicəvi immobilizasiyada istifadə 
olunur. 
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, 
практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.174 
812. Sorulmayan sintetik tikiş materialı hansıdır? 
A) Poliqlekapron 
B) İpək 
C) Ketqut 
D) Tantal 
E) Lavsan
Sorulmayan tikiş materialları təbii və sintetik mənşəli olur.Təbii mənşəli sorulmayan 
tikiş materiallarına ipək,pambıq saplar aiddir.Sintetik mənşəli tikiş materialına 
lavsan,neylon,dakron,poliester,poliamid aiddir.Bu tikiş materialları əməliyyatdan 5-8 
gün sonra sökülür. 
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» 
(Среднее профессиональное образование), Феникс, 2008 стр.118 
813. Sorulan təbii tikiş materialı hansıdır? 
A) İpək 
B) Lavsan
C) Ketqut
D) Poliester 
E) Neylon 
Sorulan tikiş materialları təbii və sintetik mənşəli olur.Təbii mənşəli tikiş materialına 
sadə 
və 
xromlaşmış 
ketqut;sintetik 
mənşəli 
tikiş 
materialına 
poliqlekapron,polidiaksananon,turş poliqlikol aiddir.Bu tikiş materiallarını sökmək
lazım deyil.Onlar orqanizmdə 40-90 gün müddətinə fermentativ təsirə məruz qalaraq 
sorulur. 
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» 
(Среднее профессиональное образование), Феникс, 2008 стр.118 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin