228
C) Yandırmaq
D) Qaynatmaq
E) Quruducu şkafda sterilizasiya etmək
Cərrahi metal alətlərin daha mükəmməl sterilizasiya üsulu qaynar quru hava ilə
xüsusi quruducu şkaflarda həyata keçirilir.Sterilizasiya 0,5-1 saat ərzində 180-220 C
temperaturda quruducu şkaflarda aparılır.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии»
(Среднее профессиональное образование), Феникс, 2008 стр.15
821.Əllərin C-4(pervomur) məhlulunda işlənməsinə nə qədər vaxt lazımdır?
A) 5 dəq
B)2-3 dəq
C) 3-4 dəq
D) 1 dəq
E)4-5 dəq
C-4 (pervomur) məhlulunun tərkibi qarışqa turşusu,hidrogen peroksid və suyun
qarışığından ibarətdir.Bu qarışıq güclü antiseptik maddə olub dəri üzərində nazik
təbəqə əmələ gətirir.2.4%-li məhlul tökülmüş xüsusi ləyənlərdə əllər 1 dəqiqə
müddətində işləndikdən sonra steril dəsmalla qurudulur.
Ədəbiyyat Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее
профессиональное образование), Феникс, 2008 стр.16
822. Əllərin xlorheksidin biqlükonatın spirtli məhlulu ilə işlənməsinə nə qədər
vaxt lazımdır?
A) 5 dəq.
B)1-2 dəq.
C) 3 dəq.
D)1 dəq
E)3-4 dəq.
Əllərin işlənməsində xlorheksidin biqlükonatın 0.5%-li spirtli məhlulundan istifadə
olunur.Əllər sabunla axar ilıq su altında yuyulduqdan sonra steril salfetlə
silinir.Sonra xlorheksidin biqlükonat məhlulunda isladılmış steril salfetlə 3
dəq.ərzində işlənilir.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии»
(Среднее профессиональное образование), Феникс, 2008 стр.16
Dostları ilə paylaş: