245
A) 0,25%-li dikain
B) 2%-li bor turşusu
C) 0,1 %-li sirkə turşusu
D) 20%-li natrium-sulfasil
E) 2%-li natrium-hidrokarbonat
Turşu ilə yanıqlar zamanı turşunun təsirini neytrallaşdırmaq üçün10-20 dəqiqə
müddətində 2 %-li natrium-hidrokarbonat-qələvi məhlulundan istifadə edərək
konyuktival boşluq davamlı yuyulmalıdır.Bu məqsədlə nazik rezin baloncuq istifadə
olunur. Yuyulma üçün götürülən məhlulun qabına rezin şlanq birləşdirilərək xəstənin
başından bir qədər yuxarıda tutmaqla gözün davamlı yuyulması həyata keçirilir.
Ədəbiyyat:И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего
медицинского персонала, Феникс 2000, стр 192
877. Gözün qələvi ilə yanıqları zamanı hansı maddələrlə gözü yumaq lazımdır?
A) 0,1%-li deksametazon
B) 5%-li tanin
C) 4%-li taufon
D) 2%-li bor turşusu
E) 2%-li natrium-hidrokarbonat
Gözün qələvilərlə yanığı zamanı qələvinin təsirini neytrallaşdırmaq üçün 10-20
dəqiqə müddətində 2 %-li bor turşusundan istifadə edilərək konyuktival boşluq
davamlı yuyulmalıdır.
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего
медицинского персонала, Феникс 2000, стр 192
878. Konyuktivitlər zamanı gözə sarğı nə məqsədlə qoyulmur ?
A) Buynuz qişa ilə büllur zədələnir
B) Skleranı zədələyir
C) İfrazatın konyuktival boşluqdan evakuasiyasının qarşısı alınır və buynuz qişada
iltihab törədir
D) İfrazatın konyuktival boşluqdan evakuasiyasının qarşısını alır və büllurda iltihab
törədir
E) Torlu qişanı zədələyir
Kəskin konyuktivitlərdə gözə sarğı qoyulmur. Burada məqsəd buynuz qişada mikro
floranın inkişafı üçün əlverişli şəraitin yaranmasının qarşısını almaqdır. Əsasən
gözə sarğılar müdafiə məqsədi ilə xəstənin müalicə profilaktika müəssisəsinə
daşınmasında, travmalar zamanı təxirəsalınmaz yardım məqsədi ilə, əməliyyatdan
sonra, narahat xəstələrə qoyulur.
Ədəbiyyat:И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего
медицинского персонала, Феникс 2000, стр 101
Dostları ilə paylaş: