882.Hansı hallarda gözə sarğı qoyulmur ? A) Zədələnmələrdə
B) Konyuktivitlərdə
C) Yanıqlarda
D) Donmalarda
E) Blefaritlərdə
247
Gözə sarğının qoyulması bir sıra hallarda mənfi təsir göstərir. Belə ki, mikroblar və viruslar tərəfindən törədilən konyuktivitlərdə görə sarğı qoyulmur. Konyuktivitlər zamanı sarğı mikrobların və virusların inkişafı üçün əlverişli şərait yaradır. Sarğı gözü qırpma üçün çətinlik törədir. Bunun nəticəsində göz yaşının konyuktivial boşluqdan xaric olması pozulduğuna görə konyuktivial kisənin ifrazatdan təmizlənməsi çətinləşir. Ədəbiyyat:И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 101 883.Binokulyar sarğı gözə nə məqsədlə qoyulur ? A) Möhtəviyyatın ifrazı
B) Soyuqdan qorunmaq
C) Gözə sakitlik vermək
D) İşıqdan qorunmaq
E) Çirklənməkdən qorumaq
Gözə sakitlik vermək lazım gəldikdə binokulyar(hər iki gözə qoyulan) sarğıdan istifadə olunur. Belə ki, monokulyar (bir gözə qoyulan) sarğını qoymaqla buna nail olmaq mümkün deyil. Ancaq binokulyar sarğının 60 yaşdan yuxarı şəxslərə qoyulması məsləhət görülmür. Belə ki, onlarda baş beyin damarlarının sklerozu, orientasiyanın itməsi səksəkəyə və digər psixi pozğunluqların əmələ gəlməsinə səbəb olur. Binakulyar sarğı zamanı binti girdə dövrə ilə bərkidirlər, sonra onu ənsədən qulağın altına aparıb aşağıdan yuxarı çəp dövrə edərək gözü bir tərərfdən bağlayırlar. Sonra, binti başın ənsə nahiyəsinin ətrafına və alınan yuxarıda aşağı çəpinə aparıb o biri tərəfdən gözü bağlayırlar. Sonra binti qulaqdan aşağı ənsənin üzərindən köndələninə aparıb qarşı tərəfdə qulağın altından çıxarır növbəti qalxan çəp dövrə edirlər. Beləliklə, bintin növbə ilə çəp dövrələri edilir və tədricən hər iki gözə bağlanılır. Sarğını üfüqi dairəvi dövrələrlə bərkidirlər. Ədəbiyyat:И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 258