Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Görmə itiliyi neçə metr məsafədə yoxlanılır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə234/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   230   231   232   233   234   235   236   237   ...   274
Tibb bacisi test suallari

873.Görmə itiliyi neçə metr məsafədə yoxlanılır? 
A) 4 
B) 7
C) 5 
D) 3 
E) 8 
Görmə itiliyi 5 m məsafədə rus oftolmoloqu S.S.Qolovinin hazırladığı xüsusi cədvəlin 
köməyi ilə müayinə olunur.Cədvəldə 12 sıra hərflər və ya şəkillər təsvir olunmuşdur. 
Görmə itiliyi əvvəl sağ sonra isə sol gözdə yoxlanılır.Müayinə olunan şəxs cədvəldən 
5m məsafədə otuzdurulur.Görmə itiliyini yoxladıqda cədvəlin aşağı sətirlərindən 
başlayaraq tədricən iri işarələr olan sətrə keçirilirGörmə itiliyi görülən sıraya uyğun 
götürülür.Əgər yuxarı sıranın ən böyük hərflərinin 5m məsafədə görmək mümkün 
deyilsə,onda yoxlaılan şəxsin görmə itiliyi 1,0-dən azdır. 
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего 
медицинского персонала, Феникс 2000, стр 19 
874. Göz daxili təzyiqin artması hansı xəstəlik zamanı müşahidə olunur?
A) Katarakta 
B) Blefarit
C) Konyuktivit
D) Qlaukoma
E) Traxoma
Göz daxili təzyiqin daim artması gözdə (torlu qişa və görmə siniri diskində)atrofik 
dəyişikliklərə səbəb olur.Bu da görmə funksiyasının və görmənin tam itməsinə gətirib 
çıxarır.Qlaukoma xəstəliyi göz daxili təzyiqlə sıx əlaqədar olub, əsasən göz 
almasında göz nəmliyinin miqdarının dəyişməsi ilə əlaqədardır.
Ədəbiyyat И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего 
медицинского персонала, Феникс 2000, стр 151 
875.Göz daxili təzyiqin ölçülməsi necə adlanır?
A) Qonioskopiya
B) Oftalmoskopiya
C) Tonometriya
D) Kampimetriya
E) Perimetriya
Göz daxili təzyiqin ölçülməsi üçün daha dəqiq və geniş yayılmış üsul tonometriyadır. 
Bu üsul 1984-cü ildə rus alimi A.N.Maklakov tərəfindən işlənib hazırlanmışdır. 
Müayinə zamanı Maklakovun 5, 7.5, 10, 15 qr-lıq çəkili tonometr dəstindən istifadə 
olunur.
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего 
медицинского персонала, Феникс 2000, стр 35-36 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin