Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Gözə sarğı hansı halda qoyulur?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə239/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   235   236   237   238   239   240   241   242   ...   274
Tibb bacisi test suallari

 
887.Gözə sarğı hansı halda qoyulur? 
A) Blefarit
B) Konyuktivit
C) Keratit
D) Gözün yaralanması
E) Traxoma
Gözə sarğı yaralanmalar zamanı müdafiə məqsədi ilə qoyulur. 
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего 
медицинского персонала, Феникс 2000, стр 257
 
888.Qlaukomanın profilaktik tədbirlərinə nə aiddir? 
A) Görmə itiliyinə nəzarət
B) Şəxsi gigiyenaya qulluq
C) İdmanla məşğul olmaq
D) Vaxtaşırı tonometriya


249 
E) Gözün yuyulması
Qlaukomalı xəstələrə,həmçinin 40 yaşından yuxarı şəxslərə profilaktik məqsədlə 6 
aydan bir həkim-oftalmoloqa göz daxili təzyiqi yoxlamaq üçün müraciət etmək 
lazımdır.
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего 
медицинского персонала, Феникс 2000, стр 162
889.Görmə itiliyi aşağıdakılardan hansının köməyi ilə müayinə olunur? 
A) Perimetr
B) Y.B.Rabkinin cədvəli
C) S.S.Qolovinin cədvəli
D) Refraktometr
E) Tonometr
Görmə itiliyi 5 m məsafədə rus oftolmoloqu S.S.Qolovinin hazırladığı xüsusi cədvəlin 
köməyi ilə müayinə olunur. Cədvəldə 12 sıra hərflər və ya şəkillər təsvir 
olunmuşdur.Görmə itiliyi əvvəl sağ sonra isə sol gözdə yoxlanılır.
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего 
медицинского персонала, Феникс 2000, стр 19
890.Polixromatik cədvəlin köməyi ilə gözün hansı funksiyası müayinə olunur? 
A) Görmə itiliyi
B) İşıq duyumu
C) Rəng duyumu
D) Görmə sahəsi
E) Gözün refraksiyası
Gözün rəng duyumunu müayinə etmək üçün Y.B.Rabkinin xüsusi polixromatik 
cədvəlindən istifadə olunur.Cədvəldə müxtəlif füqurların kombinə olunmuş 
formasından ibarət şəkil-testlər var.Normal rəng duyumu olan şəxslər müayinə 
zamanı asanlıqla şəkilləri rənginə görə ayıra bilirlər.Rəng duyumu pozulan şəxslər 
isə müayinə zamanı rəngin tonlarını ayıra bilmirlər.Şəkillərdə normal rəng duyumu 
olan insanlardan fərqli olaraq müxtəlif fiqurlar görürlər.
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего 
медицинского персонала, Феникс 2000, стр 22

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin