894.Burun boşluğundan yaxma nə məqsədlə götürülür? A) Burun boşluğunun hava keçiriciliyini təmin etmək
B) Burun boşluğundan patoloji möhtəviyyatı götürmək
C) Terapevtik effekti təmin etmək
D) Bakterioloji tədqiqat üçün material götürmək
E) İnfeksiya ilə yoluxma təhlükəsizliyini təmin etmək
Burun boşluğundan yaxmanın götürülməsi bakterioloji tədqiqat üçün material almaq məqsədilə həyata keçirilir. Kəskin iltihabı proseslərə və ya burun difteriyasına şübhə olduqda burun boşluğundan yaxma götürülür. Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 23 895.Buruna yumşaq sarğının hansı növü qoyulur? A) Dairəvi
251
B) Monokulyar
C) Sapandvarı
D) Spiralvarı
E) Sümbülvarı
Buruna qoyulan sarğı sapandvarı sarğıdır. Bu sarğı üzün çıxıntı hissələrinə qoyulur (buruna, çənəyə, ənsəyə) Sapandvarı sarğı parçadan olan yumşaq sarğılara aiddir. Orta hissəsindən başqa hər iki ucu, boylama istiqamətdə kəsilmiş , enli lent şəklində tənzif və ya parçaya desmurgiyada sapand deyilir. Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 280 896. Burun ciblərindən irinin xaric edilməsi hansı qayda ilə aparılır? A) Tampon yeritməklə
B) Asqırmaqla
C) Fınxırmaqla
D) Məlhəm qoymaqla
E) Masaj etməklə
Burun ciblərindən irinin xaric edilməsinin 3 qaydası var; fınxırmaqla, elektrosorucunun köməyilə, yuyulmaqla punksiya. Ədəbiyyat С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 325 897. Arterial hipertenziyalı xəstələrdə burun qanaxmaları zamanı tamponu