188. Taxikardiya zamanı aşağıda göstərilən yardımlardan hansını tibb bacısı ancaq həkimin göstərişindən sonra edə bilər? A) Süni qusdurma tətbiq edər
B) Göz almalarına barmaqla təzyiq edər
C) Yuxu arteriyası nahiyəsinə təzyiq edər
D) Qarında günəş kələfi nahiyəsinə təzyiq edər
E) Venaya novokainamid, inderal və s. antiaritmik dərman vurar
Ürək döyünməsi əsasən ürək xəstəliklərinin, nevrozların simptomudur. Ürək döyünməsi birdən- birə baş verdiyi və əzabverici tutma şəklində olduğu üçün təxirəsalınmaz yardım göstərilməsi vacibdir. Buna görə tibb bacısı həkim gələnədək tutmanın aradan qaldırılması üçün tədbirlər görür, azan sinirin qıcıqlanmasını artırmaq üçün göz almalarına, yuxu arteriyasına, günəş kələfinə əllə təzyiq edir, çünki azan sinirin qıcıqlanması ürək döyünməni azaldır. Antiaritmik dərmanları isə yalnız həkimin göstərişindən sonra yeridilir. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.519 “Çıraq” 2008 189. Kəskin sol mədəcik çatışmazlığı(ürək astması) zamanı tibb bacısı xəstəyə yardım edərkən aşağıda göstərilənlərdən nəyi düz etmir? A) Oksigenoterapiya aparır
B) Xəstənin ayaqlarını salladaraq rahat oturmasına kömək edir
C) Həkimin göstərişi ilə qanburaxma aparır
D) Xəstənin ətraflarına turna qoyur
E) Venaya sürətlə strofantin və ya korqlükon yeridir
Tibb bacısı kəskin sol mədəcik çatışmazlığı (ürək astması tutması )zamanı yalnız həkimin təyinatı ilə venaya hər hansı bir məhlulu köçürə bilər.Strofantin və
58
korqlükon venaya sürətlə yeridildikdə ürəyin işi çox zəifləyər və bu da ürəyun qəflətən dayanmasına səbəb olar. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”.Səh.505 “Çıraq” 2008