Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Əzələ daxilinə inyeksiya zamanı ən çox nə qədər məhlul yeritmək olar?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə55/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   51   52   53   54   55   56   57   58   ...   274
Tibb bacisi test suallari

181. Əzələ daxilinə inyeksiya zamanı ən çox nə qədər məhlul yeritmək olar? 
A) 5 ml 
B) 10 ml 
C) 20 ml 
D) 3 ml 
E) 2 ml 
Əzələlər daha geniş qan və limfa damarları şəbəkəsinə malikdir ki, bu da 
dərmanların tez və tam sorulmasına şərait yaradır, bununla belə əzələ daxilinə 10 
ml-dən çox məhlul yeritdikdə dərmanın sorulması ləngiyir, bu da infiltrat, absess, 
fleqmona kimi inyeksiya ağırlaşmalarına səbəb olur. 
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq .Səh.152 . “ Təhsil ”Bakı 
1998. 
182. Sadalananlardan hansı inyeksiyanın ağırlaşması deyil? 
A) Hematoma 
B) İnfiltrat 
C) Abses 
D) Dəridə damar ulduzcuqlarının olması
E) Fleqmona 
Dəridə damar ulduzcuqlarının olması inyeksiya ağırlaşması deyil, qara ciyər sirrozu 
olan xəstələrdə dərinin üzərində kapilyarların genişlənib, ulduz şəklində 
görünməsidir. Digər variantlarda sadalananlar inyeksiya ağırlaşmaları olub, 
inyeksiya zamanı qaydalara düzgün riayət olunmaması nəticəsində baş verir. 
Ədəbiyyat: C.N.Hacıyev; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 160. “ Təhsil ”Bakı
1998. 
183. Xəstəni nəcisdə gizli qana görə müayinəyə hazırlayarkən qidadan hansı 
ərzaq çıxarılmalıdır? 
A) Südlü sıyıq 
B) Süd
C) Çörək
D) Ət
E) Yağ


56 
Nəcisdə gizli qanı aşkar etmək üçün xəstə üç gün əvvəldən hazırlanır. Belə ki, 
xəstələr bu üç gün ərzində ət, balıq və onlardan hazırlanan qida qəbul 
etməməlidirlər. Əks halda müayinənin nəticəsi düzgün olmaya bilər.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. 
Səh.78 “Azərnəşr”Bakı 1984 
184. Daxili qanaxmalar zamanı xəstələri nəql edərkən onlara hansı vəziyyət 
verilməlidir?
A) Xəstə xərəkdə bir tərəfi üstdə uzanmalıdır 
B) Xəstəyə xərəkdə yarımoturaq vəziyyət verilməlidir 
C) Xəstə xərəkdə arxası üstə, ayaqları dizdən bükülmüş vəziyyətdə uzanmalıdır
D) Xəstə xərəkdə arxası üstə, başı yana çevrilmiş vəziyyətdə uzanmalıdır 
E) Xəstəni xərəkdə baş hissəsi aşağı salınmış vəziyyətdə uzanmalıdır 
Xəstələrin nəql olunma formaları xəstəliklərin xarakterindən asılıdır və bu 
nəqlolunma qaydalarını tibb bacısı dəqiq bilməlidir. Daxili qanaxmalar zamanı xəstə 
arxası üstə, ayaqları dizdən bükülmüş vəziyyətdə uzanmalı, dizaltı nahiyələrə isə 
yastıq qoyulmalıdır. 
Ədəbiyyat: C.N.Hacıyev; R.Y.Əliyev.Xəstələrə qulluq Səh. 45.“ Təhsil ”Bakı 1998. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin