172. Poliklinikada tibb bacısı ambulator karta aşağıda göstərilənlərdən nəyi qeyd edə bilər? A) Xəstənin evində həkimin apardığı ambulator müayinələrin nəticəsini
B) Xəstəliyin baş verməsi barədə əsas məlumatları
C) Laborator müayinələrin nəticələrini, dispanserizasiyanın hesabatını
D) Dərman təyinatını
E) Sadalananların hamısını
Poliklinikada xəstəlik tarixini ambulator kart əvəz edir. Həkim buraya xəstəliyin baş verməsi barədə əsas məlumatları, xəstənin evində apardığı müalicələrin nəticələrini qeyd edir, gündəlik yazır. Tibb bacısı isə laboratoriya analizlərinin cavablarını xronoloji qaydada karta əlavə edir və dispanserizasiyanın hesabatını aparır. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə“Tibb bacısının məlumat kitabı”.Səh.99“Çıraq ”2008. 173. Qusma zamanı tibb bacısı xəstəyə necə yardım göstərilməlidir? 1. Xəstənin alnına əli ilə dayaq verməlidir
2. Mədəni yumalıdır
3. Ağız boşluğunu təmizləməlidir
4. Epiqastral nahiyəyə buz qovuğu qoymalıdır
5. Təmizləyici imalə aparmalıdır
A) 1;3
B) 2 ;4
C) 1;5
D)3;4
E)2;5
Qusma zamanı xəstələrin boğulmasını qarşısını almaq üçün tibb bacısı xəstənin başını tutmalı (əgər yataq xəstəsidirsə başını yana çevirməli). Qida qalıqlarının tənəffüs yoluna düşməməsi üçün ağız boşluğunu təmizləməlidir. Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 164 174. Xəstəxanada aşağıda göstərilən dərman maddələrindən hansını soyuducuda saxlamağa ehtiyac yoxdur? A) Zərdabları
B) Narkotikləri
C) Vaksinləri
53
D) Məlhəmləri
E) Dərman şamlarını
Tez xarab olan dərmanlar, məsələn zərdablar, vaksinlər, məlhəmlər, şamlar söbədə olan soyuducuda 2-10 dərəcə temperaturda saxlanılmalıdır. Narkotik maddələr isə tez xarab olmadığına görə onları soyuducuda saxlamağa ehtiyac yoxdur. Ədəbiyyat: C.N.Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh.128 . “ Təhsil ”Bakı 1998.