170. Hansı xəstəliklər zamanı xəstə passiv vəziyyətdə olmalıdır? A) Ağciyər vərəmi
B) Kəskin miokard infarktı
C) Xroniki qastrit
D) Xolesistit
E) Pielonefrit
Xəstənin yataqda 3 cür vəziyyəti olur: fəal, passiv, məcburi. Xəstə yataqda oturur, çevrilirsə fəal vəziyyət sayılır; xəstə yataqda uzanıb sərbəst hərəkət edə, çevrilə, baçını, qolunu qaldıra bilmirsə passiv vəziyyət sayılır; xəstə öz vəziyyətini yüngülləşdirmək üçün aldığı vəziyyət isə məcburu vəziyyət sayılır. Kəskin miokard infarktı zamanı hər bir hərəkət ürəyin işini artırdığı üçün tibb bacısı xəstənin passiv vəziyyətdə olmasına nəzarət etməlidir. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.107 “ Çıraq ” 2008. 171. Xəstəlik tarixi yazarkən göstərilənlərdən hansı tibb bacısının vəzifəsinə aid deyil? A) Bütün müalicə müddətində xəstənin üzərində aparılan müşahidələri xəstəlik
tarixinə yazmaq
B) Analizlərin cavablarını və rentgenoloji məlumatları xəstəlik tarixinə yapışdırmaq
C) Bədən temperaturunu, tənəffüsün sayını xəstəlik tarixində gündəlik qeyd etmək
D) Nəbzi, arterial təzyiqi ölçüb xəstəlik tarixində gündəlik qeyd etmək
E) EKQ-nın məlumatlarını xronoloji qaydada xəstəlik tarixinə yapışdırmaq
52
Xəstəlik tarixi xəstəxanada və ya hər hansı başqa bir müalicə - profilaktika müəssisəsində olan hər xəstə üçün ilk dəfə doldurulan əsas tibbi sənəddir. Tibb bacısı laboratoriya, rentgenoloji, elektrokardoiqrafiya məlumatları və başqa analizlərin cavablarını xronoloji qaydada xəstəlik tarixinə yapışdırır. Bütün müalicə müddətində xəstənin üzərində aparılan müşahidələri isə xəstəlik tarixinə həkim yazır. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” . Səh.99 “ Çıraq ” 2008.